"(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır. "
əl-İsra, 36
Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) demişdir: "Mömin pöhrəyə bənzəyir. Külək hansı tərəfdən əssə pöhrəni əyər, külək sakitləşdiyi zaman pöhrə dikələr. (Mömin də həmçinin) müsibətlərə məruz qalsa da əqidəsindən dönmür. Günahkar adam isə sərt və dümdüz qalan sidr ağacına bənzəyir. Yalnız Allah istəsə, onu sındıra bilər."
əl-Buxari, 5644
"Haqla o qədər məşqul ol ki, həyatında batilə yer qalmasın!"
Yaddaşsızlığımızdanmıdır, yoxsa şeytanın hiyləsindənmi, biz bəzən oxuyub təsirləndiyimiz və hətta üzərində saatlarca düşündüyümüz ayələr var ki, yenə onları unuduruq. Çox təəssüf, min dəfələrlə təəssüf olsun ki, biz o ayələri daim xatirimizdə saxlaya bilmir, hər gün həmin ayələri yenidən xatırlayaraq günümüzə planlaşdırılmış formada, yalnız Allahın rızasına üz tutaraq başlaya bilmirik.
Son zamanlar dünyanın müxtəlif bölgələrində sözdə İslam adına, cihad adına reallaşdırıldığı iddia edilən terror hücumları bütün dünyada böyük əks-səda oyandırmaqdadır. Bu hücumlar terrorun gerçək mənşəyi ilə əlaqədar çox əhəmiyyətli bir mövzunu dünya gündəminə gətirdi. Və bu vəsilə ilə İslamın barış dini olduğu, insanlara mərhəməti və ədaləti əmr etdiyi bütün dünyaya geniş şəkildə eşitdirilməyə çalışılır.
Hz. Muhəmməd (s) peyğəmbərlərin, ona nazil edilən Qurani-Kərim də ilahi kitabların sonuncusudur. Vəhyi Hz.Peyğəmbərlə yekunlaşdıran Allah Qurani-Kərimi bu həqiqətə uyğun tərzdə və əhatədə nizamlamışdır. Quranda olan xəbər və mövzular insanların Hz.Muhəmmədin peyğəmbərliyindən qiyamət qopana qədər olan müddət ərzindəki ehtiyaclarını aradan qaldıracaq miqdarda və ölçüdədir. Allah həmin məqsəd və həqiqətə uyğun şəkildə Quranın çərçivəsini nizamlamış, heç bir yersiz sözə yol verməmişdir («Ənam» surəsi, 6/38).
R.Behbudov adına mahnı teatrında 17 may tarixində NETTY 2009 Azərbaycan Milli İnternet Mükafatının təntənəli mükafat vermə mərasimi keçirildi. Rəsmi şəraitdə NETTY-nin akademikləri 16 nominasiya üzrə cari ildə ən yaxşı milli veb-saytlarının adlarını çəkdilər.
O qadın ki, kişinin həyatının bütün anlarında iştirak edir, hər şeydə diqqətli olur, onun həyatının, sevincinin, kədərinin, fikirlərinin, istəklərinin və hər şeyin incəliklərini hiss edir, o qadın unudulmur. O qadın hadisələri sadəcə kənardan müşahidə etmir, o özünü, baş vermiş hər şeyin içində yaşamış kimi hiss edir. O qadın kişiyə hiss etdirə bilir ki, o məhz kişinin xüsusi aləminə, yalnız və yalnız o kişiyə aiddir, ona məxsusdur. O qadını kişi unuda bilmir, çünki o qadın bu kişinin həyatının bütün xatirələrinə bağlıdır.
Çoxlarımız Qurani-Kərimi hər gün açır və oxuyuruq. Üzündən oxumayanlar belə namazlarında Qurani-Kərimin ayələrini oxuyurlar. Oxuduqları ayələrin, surələrin mənasını anlamaq üçün Qurani-Kərimin tərcüməsini oxuyanlar da var, oxumayanlar da. Quranın ayələrini oxuyarkən, başa düşdüyümüz, anladığımız ayələr olsa belə çox zaman biz o ayələrə diqqət etmirik. Mənasını tam dərindən anlamır, hiss etmirik. Allah bizə buyurduğunu düşünmür, qəlbimizə yerləşdirmirik. Sadəcə ritual olaraq əzbərdən və ya üzündən oxuyub keçirik.