Ramazan düşüncələri
Bu kitab bir Ramazan ayında doğulan düşüncələrimin sizinlə paylaşılmasıdır. Çünki, mənim dinim paylaşanların dinidir. Sahib olduğumuz şeylərdən Allah yolunda paylaşmaq, bölüşmək. İstər maddi, istər mənəvi. Və mən də bu kitabla düşüncələrimi sizinlə paylaşıram. Və bu fürsəti mənə lütf edən Allaha həmd edirəm. Həmd olsun bizə düşünmək, Onu tanımaq neməti bəxş edən mərhəmətli Allahımıza. Zatən ondan başqa tərifəlayiq kimsə yox.