Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

FƏRZ ET Kİ, ÖLDÜN...

[ Aktual / 156883 dəfə baxılıb ]   
|
 
İmam Əhməd bin Hənbəlin vaxtında yaşayan Haris əl-Muhasibi bu kitabında ayə və hədislər işığında oxucunun əlindən tutaraq ölümdən sonra başına gələcəkləri addım-addım yaşatmağa çalışmışdır. Bu kitabı oxuduğunuz zaman Cənnətin nemətlərini dadmış və Cəhənnəmin yandırıb-yaxan qaynarlığını ənsənizdə hiss etmiş olacaqsınız.



Giriş
Bir olan, Ondan üstün heç nə olmayan, sonsuz əzəmət sahibi, hökmü geri çevrilməyən, sonsuz böyuklük və ucalıq sahibi Allaha həmd olsun.
Allah bizi imtahan və təcrübə üçün yaradıb. Cənnət və Cəhənnəmi bizimçün hazırlayıb. İşin ciddi və önümüzdəki təhlükənin böyuk olduğu haqda bizə xəbərdarlıq etmişdir. Ağlı olan və düşünən insan son məkanının hara və aqibətinin necə olacağını öyrənənə qədər könlü qırıq olmalıdır. Çünki Rəbbinə üsyan etdiyi anlar və Onun əmrlərinə qarşı çıxdığı vaxtlar olmuşdur. Yaşadığı ömür boyu dəfələrlə Allahın qəzəb və razılığını qazanmışdır. Həyatının bu ikisindən hansı ilə nöqtələnəcəyini və son aqibətinin necə olacağını bilə bilməz. Buna görə də Allah qatındakı halının necə olacağını bilincəyə qədər qayğısı böyük, üzüntüsü uzun, sıxıntısı isə şiddətli olmalıdır.
Uğuru Allahdan istə. Günahlarının bağışlanmasını Ondan gözlə. Hər işdə Ondan yardım istə. Rəbbinin əmr və qadağalarına qarşı çıxmış, üsyanınla Onun qəzəb və əzabına layiq olmuşkən necə sevinə bildiyinə qorxu və ürpəntinin könlündən necə əksildiyinə heyrət edirəm. Bil ki, çarəsiz ölüm sıxıntıları, ağrıları, çırpınışları və sərxoşluğu ilə bir gün səni də haqlayacaqdır. Gec-tez reallaşacağı üçün bunu elə indidən olmuş kimi qəbul et.


Mündəricat

AXİRƏT
  1. Axirət nədir?
  2. Axirət gününə niyə inanırıq?
  3. Cənnət və Cəhənnəm?


    ÖLÜM

  4. Ölüm sərxoşluğu
  5. Ölüm mələyinin görünüşü

    QƏBİR

  6. Qəbir və sorğusu
  7. Qəbrin Cənnət və Cəhənnəmə açılışı

    QİYAMƏT VƏ HƏŞR

  8. İsrafilin Surunun səsi
  9. Məhşərə sövq
  10. Göylərin yarılması
  11. Mələklərin enişi
  12. Məhşərin hərarət və sıxıntısı
  13. Hər kəs öz canının harayında
  14. Peyğəmbərlərə müraciət
  15. Böyük şəfaət
  16. Ən böyük məhkəmə
  17. Cəhənnəmin kükrəyişi
  18. Zalımların fəryadı
  19. Peyğəmbərlərin qorxusu
  20. Qiyamətin mənzərəsi və Təkvir surəsi
  21. Ən yaxın qohumlar belə bir-birindən qaçar
  22. Cəhənnəmdən bir boyun uzanar
  23. Hesabsız Cənnətə girənlər
  24. Üç yerdə kimsə kimsəni xatırlamaz
  25. Adın oxunar
  26. Ulu divan
  27. Əməl dəftəri
  28. Son peşmanlıq
  29. Tərcüməçisiz görüş
  30. Ey Adəmoğlu, niyə aldandın?
  31. İki böyük hadisə
  32. Bağışlanma müjdəsinin verdiyi sevinc
  33. Yaxşılığın mükafatı
  34. Allahın qəzəbləndikləri
  35. Riyanın cəzası

    SIRAT

  36. Sıratın mahiyyəti
  37. Sıratda günah yükü
  38. Yüksələn qığılcımlar
  39. Sıratda halımız necə olacaq?

    CƏHƏNNƏM

  40. Birdən sıratdan yıxılsan...
  41. Cəhənnəmin içkisi
  42. Cavabsız qalan fəryad
  43. Ümüdsüz çırpınış
  44. Allahın rizasını itirmək qorxusu
  45. Allah bağışlamazsa...
  46. Günahlarına ağla!

    CƏNNƏT
  47. Mömin Sıratda
  48. Sıratdan keçmə surəti günah yükünün yüngüllüyü ilə ölçüləcək
  49. Cənnətin qapısına çatmaq
  50. Çirkinlikləri təmizləyən çay
  51. Açılan cənnət qapıları
  52. Cənnətə giriş
  53. Nurlu dəstə
  54. Ölümsüzlük yurduna ilk addım
  55. Cənnət saraylarına çatmaq
  56. Ceyran gözlü gözəllər
  57. Allahın vədi haqqdır
  58. Hər biri kiçik Cənnət: Hurilər
  59. Cənnət çayları
  60. Nur üstündə nur
  61. Ziyarətçi mələklər
  62. Gözlənilməyən yeni xoşbəxtliklər
  63. “Qatımızda daha çox vardır!”
  64. Öldürülən ölüm
  65. Tuba kölgəsində söhbət
  66. Rəbbindən gələn dəvət
  67. Uçan atlar
  68. Milyardlarca nurani sima
  69. Yol verən Cənnət ağacları
  70. Allaha ən yaxın olanlar
  71. Məclis tamamlanınca
  72. “Dostlarımı geyindirin!”
  73. Yayılan xoş ətirlər
  74. Allahın camalını seyr etmək
  75. “Salam, ey dostlarım!”
  76. Sonsuz minnətdarlıq
  77. Saraylara dönmək





Müəllif: Haris əl-Muhasibi

Türk dilinə tərcümə edən: Abdülaziz Hatib

Azərbaycan dilinə çevirən: L. Abdulla/Azerislam.az


Fikir və təkliflərinizi info[et]azerislam.com ünvanına yollaya bilərsiniz.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:04
GÜNƏŞ06:36
ZÖHR [ 4 rükət ]12:47
ƏSR [ 4 rükət ]16:17
MƏĞRİB [ 3 rükət ]18:58
İŞA [ 4 rükət ]20:25
GECƏYARI00:01
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka