Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

QƏBİR VƏ SORĞUSU

[ Azerislam.com / 19183 dəfə baxılıb ]   
|
 
Könlünün sevinc və şadyanalıqdan uçduğu və ya ibrətlə dolduğu o anda özünü təsəvvür et! Sənin üçün qazılan qəbiri və onun dəhşətli mənzərəsini, oradakı iki mələyi və Rəbbinə olan imanla bağlı sorğu-sualı göz önünə gətir. Ya Rəbbindən gələn Kəlimeyi-şəhadət ilə dəstəkləndiyindən səbatlı və qərarlı, ya da tamamilə yardımsız, çaşqın və ürkəksən.

O iki mələyin sorğu-sual etmək üçün səni çağırdıqları andakı səslərini düşün! O ensiz məzar çuxurunda oturuşunu təsəvvür et. Sən və yalnız iki mələk. O mələklərin görünüşünə və vücudlarına gözünü dikdiyin anı xəyal et. Əgər onları gözəl şəkildə görsən, qəlbin qurtuluşa çatdığına əmin olar. Yox əgər çirkin şəkildə görsən, məhv və həlak olduğunun qənaətinə gələrsən. Bir anlıq düşün onların sorğularını, səs və sözlərini. Sonra da əgər Allah lütf etmişsə Onun yardımını və ya tərk etmişsə dəhşət içində çaşqınlığını təsəvvür et.



Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:56
GÜNƏŞ07:29
ZÖHR [ 4 rükət ]12:26
ƏSR [ 4 rükət ]15:01
MƏĞRİB [ 3 rükət ]17:22
İŞA [ 4 rükət ]18:51
GECƏYARI23:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka