Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

GÖYLƏRİN YARILMASI

[ Azerislam.com / 9858 dəfə baxılıb ]   
|
 
İnsan, cin, şeytan, vəhşi və yırtıcı heyvanlar, davar və sağmal kimi ev heyvanları və həşəratlarla birgə Yer üzü əhalisinin sayı tamam olub ərz və hesab çəkilən yerdə hamısı öz yerini tutar. Sonra onların üzərinə düşən Günəş və Ayın işığı yox olar. Nurunun sönməsiylə Yer üzü qaranlığa qərq olar.

Sən və ətrafındakı məxluqat bu vəziyyətdəykən başınız üzərindəki dünya səması çatlamağa və öz böyüklüyü ilə dönməyə başlayar. Sən də hamı kimi bu təhlükəli mənzərəni gözlərinlə izləyərsən. Sonra göylər beş yuz illik qalınlığına baxmayaraq yarılar. Bir anlıq düşün adi bir göy gurultusundan titrəyən qəlbin bu göylərin parçalanmasından yaranan səsə necə tab gətirər!.. Sonra ğöylər Qiyamət gününün əzəmət və dəhşətindən yırtılıb parça-parça olar.

Parçalanıb yarılan göyləri əhatə edən mələklər o ğöylərin ətrafında durarlar.O boyda ğöylərin parçalanmasını nə zənn edərsən? Rəbbi ğöyü Qoyamətin dəhşətilə əridib içinə sarılıq qarışan ərimiş gümüş halına gətirər. Eynən Cəlil və Rəhman olan Allahın Qurani-Kərimdə buyurduğu kimi: “ (Qiyamət günü) ğöy yarılıb (dağ basılmış) dəri (yaxud dağ edilmiş yağ) kimi qıpqırmızı olduğu zaman (halınız necə olacaq)?!” [Rəhman surəsi, 37] və ya
“O gün göy göyərmiş mis kimi olacaq. Dağlar da didilmiş (rəngbərəng) yun kimi olacaqdır.” [Məaric surəsi, 8-9]

(Müfəssirlər deyirlər ki, ayədə qeyd olunan “əl-Mühl” sözü içinə sarılıq qarışmış ərinmiş gümüş deməkdir. “əl-Ihn” isə didilmiş rəngli yun anlamındadır. “Vərdətən kəddihan” ifadəsi isə qızılı-qırmızı rəng mənasında işlənir.)




Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:07
GÜNƏŞ06:39
ZÖHR [ 4 rükət ]12:48
ƏSR [ 4 rükət ]16:16
MƏĞRİB [ 3 rükət ]18:56
İŞA [ 4 rükət ]20:22
GECƏYARI00:01
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka