Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ZALIMLARIN FƏRYADI

[ Azerislam.com / 8817 dəfə baxılıb ]   
|
 
Cəhənnəmin içini cəkmək və kükrəmək əsnasında məxluqatın bir- birinə qarışan ağlamaq səsini bir düşün! Zalımlar fəryaq və fəğan edərək yox olub getməyi diləyərlər. Hər bir seçilmiş, siddiq, şəhid və bütün qalan xalq ”Nəfsi, nəfsi!” deyə bağırar.
Düşün bir anlıq: Məxluqatın peyğəmbərləri yalvarış dolu çağırışlarını. Onlardan hər qul: “Nəfsi, nəfsi!” deyə səsələnər. Sən də onlar kimi, eyni şeyi söyləyərsən. Sən də məxluqatla birlikdə dəhşətli təhlükələr və ürək qopardan qorxular içindəykən bir də görərsən ki, cəhənnəm ikinci dəfə hayqırmışdır.

Sənin və onların qorxu və həyəcanı bir qat daha artar. Ardınca üçüncü dəfə yenə kükrəyər cəhənnəm. Yaranışlar dalbadal üzüstə yıxılarlar. Ğözlər bərələr və atəşin onları qapıb ğötürmə qorxusuyla göz ucuyla gizli-gizli baxarlar. O zaman zalımların ürəkləri az qala yerindən çıxar, udlaqları quruyar, qorxunun dəhşətindən udquna-udquna qalarlar. Boğazlar düyünlənər. Ağıllar başdan çıxar. Yaxşı və pis - bütün insanların ağılları çaşar. Heç bir peyğəmbər və heç bir seçilmiş saleh qul qalmaz ki, gördüyü bu dəhşətlərin üzündən ağlı çaşmasın.



Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:10
GÜNƏŞ06:51
ZÖHR [ 4 rükət ]13:39
ƏSR [ 4 rükət ]17:27
MƏĞRİB [ 3 rükət ]20:28
İŞA [ 4 rükət ]22:03
GECƏYARI00:49
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka