Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

GÜNAHLARINA AĞLA...

[ Aktual / 16232 dəfə baxılıb ]   
|
 
Acizliyinə qarşı nə qədər ki, bağışlanma fürsətin varkən bunları sakit bir başla düşün. Rəbbinin sevmədiyi və razı olmadığı şeyləri tərk et! Beləliklə də bəlkə O da səndən razı olar. Ağlınla Ona sığın və günahlarının bağışlanmasını diləyərək göz yaşları ilə tövbə et ki, səni bağışlasın. Qorxundan ağla ki, sənə mərhəmət edib qüsurlarını əhv etsin! Eyni zamanda Əziz və Cəlil olan Allah hər şeyi bilir, səni görür və səninlə bağlı gizli və aşkar heç bir şey Onun elmindən qaçmaz. Sənə qəzəb, nifrət, hirs və acıqlı baxmasından çəkin!
O sənə qəzəblənərsə, sən rahatlıq və sevinc üzü görməzsən.
Allahın əmrlərinə qarşı çıxmaqdan uzaq dur, Ondan qorx, Ondan həya et! Ucalığını danma!
Səni gördüyünü yadından çıxarma! Nəzərlərinin sənin üstündə olduğunu unutma! Və sənin üzərində olan uca məqamına, sənə bələd olmağına iman et! Günahlar içində ölmədən Ondan qorx və Onun razı olmadığı əməllərdən çəkin! Onun əmrlərinə tabe olaraq etdiyin günahlardan əzab çəkdiyini görməlidir ki, bu günahlardan nə qədər peşman olduğunu bilsin. Ona qarşı çıxdığına görə üzüntün böyük olsun. Özünə qarşı olan şiddət və üsyanının səni nə dərəcədə boğduğunu görsün. Bunu səndə görərsə, səni bağışlar və günahlarından keçər.

Əziz və Cəlil olan Allahın qəzəbinə hədəf olma! Çünki nə Onun qəzəbinə qarşı taqətin, nə əzablarına dözəcək gücün, nə iztirabına tablaşacaq qüvvən, nə də bütün bunlara dözməyə səbrin var. Zəlalət içində ölmədən və o dəhşətlər nəsibin olmadan özünü hazırla!
Ölümün vaxtsız gəldiyini qəbul et və sənə bu anlatdıqlarımızı düşün!
O ki qaldı, mən sənə ölümlə bağlı çox az şey danışdım.
Etdiyin günahlara haqlı olaraq qarşılıq veriləcəyini bil və başına gətiriləcək müsibətləri gözünün qabağına gətirərək Allahdan qorx!
Əziz və Cəlil olan Allah üzərində peşmanlıqdan doğan kədərin izlərini görsün ki, bəlkə sənə mərhəmət edərək böyüklüyü və qüdrəti ilə əhv edər.

Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:07
GÜNƏŞ06:11
ZÖHR [ 4 rükət ]13:43
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:15
İŞA [ 4 rükət ]23:11
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka