Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

CEYRAN GÖZLÜ GÖZƏLLƏR

[ Azerislam.com / 12463 dəfə baxılıb ]   
|
 
Könlünün sevinc və qəlbinin xoşbəxtlik duyğusu ilə kükrədiyini xəyal et! Gözlərin səni həsrətlə gözləyən zövcələrinə dikilmiş, onların gözəl üzlərinə və nazlı gözlərinə baxmaqdasan. Onlarla göz-gözə gələrkən ağlın çaşar, qəlbin həyəcanla dolub daşar. Bu zamanadək görmədiyin mükəmməl bir gözəlliklə göz-gözə qalarsan. Otaqlarının qapısına qədər addımlayarsan. Ürəyin şirin bir həyəcan hissindən çırpınar. Onlar da sürətlə və təlaş içində sənə doğru gələrlər. Eşq və məhəbbətin təsirindən sanki quş kimi süzərlər. Vücudlarının nazla bəslənməsi və varlıqlarının ahəng və mükəmməlliyi hər addımlarında gözə çarpar. Sonra onlardan hər biri sənə belə səslənər: ″Sevgilim, belə gec gəlməyinə səbəb olan nədir?″ Sən belə cavab verərsən: ″Allah bu, bu, bu günahlarım üzündən məni o qədər çox gözlətdi ki, sizə heç vaxt qovuşa bilməyəcəyimi sandım.″
Zövcələrin zərif ipəkdən olan paltarlarının ətəklərini müşk zəmisi üzərindən sürüyərək xoş qoxunun yayılmasına və zəfəran otlarının dalğalanmasına səbəb olarlar. Onlardan ən öndə olanı Rəsulallahın (səllallahu aleyhi və səlləm) dediyi kimi, barmaqlarının ucunu və üzüklərini sənə doğru uzadarlar.

Kafur və zəfərandan yaradılmış, min illər uzunu nazla bəslənmiş barmaqların gözəlliyini bir düşün! Əllərini sənə uzadan an necə bir nurla parıldadığını və necə işıq saçdığını bir anlıq təsəvvür et! Barmaqlarını ovcunun içinə aldığın an onların ipək kimi yumuşaqlığından az qala ki, sürüşüb əlindən çıxsınlar. Zövcənin əlinə toxunmaqdan aldığın lətif və xoş duyğu könlünə çatar-çatmaz sevinc və həyəcandan ağlın başında çıxar. Sonra əlini onun həsrətdən titrəyən nazlı bədəninə uzadarsan. O da səni bağrına basar. Zərif boyunlarına dolayırsan qollarını. Əllərin gərdanına dəyir. Bir-birinizi həsrətlə qucaqlayırsınız. Səni qucağına sıxdığı an sanki onun cisminin nazlılıq və nazəninliyi arasında qərq olursan. Onun hüsnü camalından və qucaqlama zövqündən aldığın ləzzəti düşünə bilirsən?

Daha sonra onun gözəl və xoş ətrini hiss edərsən. Könlün ondan başqa bir şey istəməz. Belə ki, zövcənə toxunmaqdan və qoxulamaqdan duyduğun həyəcandan ruhun sevincdə qərq olar. Sən bu halda ikən birdən-birə digər biri-birindən gözəl zövcələrin yanına qaçışar, səni qucaqlayar və səni busələrə qərq edərlər. Üzündə onların busə qonduran qönçə dodaqlarından boş yer qalmaz. Bənizlərinin gözəlliyi səni əhatə edər. Uzun ipək kimi saçlarıyla bütün vücudunu örtərlər. Saçlarının əsrarəngiz qoxusu burnunu doldurar. Onların səni beləcə öpüb oxşamalarını və nazlı bədənləri ilə qucaqlamalarını bir anlıq təsəvvür et! Sənə olan dərin sevgiləri və uzun sürən həsrətləri səbəbindən sənə sarılıb qucaqladıqları an böyük xoşbəxtlik hiss edərlər. Səni buraxmaq, səndən aralanmaq istəməz və sənin xoş və nəfis qoxundan səadətə qərq olarlar.




Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:55
GÜNƏŞ07:28
ZÖHR [ 4 rükət ]12:26
ƏSR [ 4 rükət ]15:02
MƏĞRİB [ 3 rükət ]17:22
İŞA [ 4 rükət ]18:52
GECƏYARI23:38
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka