Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ALLAHIN VƏDİ HAQDIR

[ Azerislam.com / 8252 dəfə baxılıb ]   
|
 
Həyəcan və səadət könlündə özünə yer edib nəşənin ləzzəti bütün bədəninə yayılanda Allahın (dünyada) sənə olan vədini xatırlayarsan. Bu zaman sənə verdiyi sözü gerçəkləşdirən və vədini yerinə yetirən Allaha yüksək səslə həmd edərsən.
Sonra dünyada ikən yaxşı işlər görərək, xeyir əməllər etməyə çalışaraq bütün bunları Allahdan istədiyini xatırlayarsan. Budur… Artıq sən gözəl zövcələrini öpüb-qoxulayarkən dünyada ikən etdiyin saleh əməllərinin mükafatı ilə üz-üzəsən:″Qoy (dünyada) çalışanlar bunun üçün (belə bir əbədi səadət uğrunda) çalışsınlar!″ (Səffat surəsi: 61)
Sonra onlar sənə sən də onlara təriflər yağdırarsan. Daha sonra isə zövcələrin hamısı gözəl xasiyyətləri ilə həyatını şənləndirəcəyini yüksək səslə belə dilə gətirərlər: ″Biz xoşbəxt olanlarıq, heç bir zaman hirslənmərik. Biz qərarlaşmışlarıq, heç bir zaman köçmərik. Biz əbədi yaşayanlarıq, heç bir zaman ölmərik. Biz nemətlər içində böyüyənlərik, heç bir zaman sıxıntı çəkmərik. Müjdələr sənə, sən bizim, biz də səninik!″ Onlarla birlikdə addımlamağa davam edərsən. Sən hurilərdən, vildan və xidmətçilərdən meydana gələn toplumun arasında yeriyərkən nə qədər də gözəl bir mənzərə yaranar!

Nəhayət otaqlarına yaxınlaşarsan. Yaqut və zümrüdlə bəzənmiş, içi oyulmuş bir mirvaridən əmələ gələn bir çadır görərsən. İçinə doğru boylanarsan. Yataq yerinin, xalçalarının, yastıqlarının gözəlliyinə diqqət edərsən. Binaların mirvari və yaqutdan ibarət olan böyük daşlardan tikilmişdir. Sonra astarları ipək və atlasdan olan döşəklər sərilmiş taxtına yetişərsən. Çarşaflarının üzərindən nur topası yüksəlməkdə, yaşıl tüklərinin gözəlliyi göz qamaşdırmaqdadır. Bura xüsusi məclislərinin keçirildiyi yerlərdir. Bütün bunlara baxdıqca gözlərin çaşar. Taxtında zövcələrin üçün hazırlanmış özəl yeri seyr edərsən. Orada bir zövcən yuxarıdakı taxtına baxıb durmaqdadır.




Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:36
GÜNƏŞ06:29
ZÖHR [ 4 rükət ]13:47
ƏSR [ 4 rükət ]17:44
MƏĞRİB [ 3 rükət ]21:05
İŞA [ 4 rükət ]22:51
GECƏYARI00:50
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka