Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

NUR ÜSTÜNƏ NUR

[ Azerislam.com / 8321 dəfə baxılıb ]   
|
 
Zövcənin qarşısında oturur və xoşbəxtcəsinə gülümsəyirsən. Əlindəki qədəhin üzərində sənin nurun, qədəhin içindəki içəcəyin nuru, hurinin üzünün, gərdanının, gülüşünün nuru və Cənnətin nuru biri-birinə qarışıb. Qədəhi bütün bu nur və işıqlarla bir təsəvvür et! Əllərində par-par parıldayır. Zövcən qədəhi sənə doğru uzadır. Bu nə gözəl bir hərəkət nə cazibəli əldir…

Sonra o güvən, ləzzət və sevinc ölkəsində ardı-ardına səni şarab qədəhlərinə qonaq edir. Sən də qədəhləri onun əllərində alır, dodaqlarına qoyur və qurtum-qurtum içinə çəkirsən. Nəşəsi ta qəlbinə qədər sirayət edir. Ləzzəti və həzzi bütün orqanlarına yayılır. Bundan daha əvvəl heç dadmadığın ləzzət hiss edirsən. Cənnət uşaqları ətrafında sənə xidmət üçün ayaqüstə dayanıblar.
Bir anlıq bunu ağlına gətir! Hurinin əlindəki qədəhi alıb içirsən, yenidən ona geri verirsən, o da gülərək və gözəl əlləri ilə bunu səndən alır. Bu gözəl bir gülüşdür! Beləcə qədəh əllərinizdə dolaşıb durar. İçkinin nuru yanaqlarına sirayət edər. İkiniz də yüksək səslə Allahınıza həmd və təsbih edərsiniz. Uşaqlar və xidmətçilər də sizə qoşularaq təsbih və təhlil (Lə iləhə illəllah) səslərini yüksəldərlər. O saray və otaqlarda nəğmələrlə yüksələn o səs nə gözəldir!
Siz belə ləzzət və sevinc içərisində ikən yüz illər keçmiş və siz qəlblərinizin nemətlərlə məşqul olmasından bu illərin fərqində belə olmamısınız.



Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:55
GÜNƏŞ07:28
ZÖHR [ 4 rükət ]12:26
ƏSR [ 4 rükət ]15:02
MƏĞRİB [ 3 rükət ]17:22
İŞA [ 4 rükət ]18:52
GECƏYARI23:38
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka