Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

GÖZLƏNİLMƏYƏN YENİ XOŞBƏXTLİKLƏR

[ Azerislam.com / 7165 dəfə baxılıb ]   
|
 
Rəbbinin sənə olan ərmağan və lütüfləri qarşısında qəlbinin sevincini bir düşün! Mələklər yanından ayrılandan sonra Allahın sənə bir neməti olan zövcənə baxarsan. Gözlərin sevincdən böyümüş, nəşən qat-qat artmışdır. Sən onunla birlikdə son dərəcə sevinc və xoşbəxtliklər içində ikən Allahın sənin üçün yaratdığı bir başqa zövcəndən ən gözəl bir nəğmə və ən şirin bir ifadə ilə belə bir səsləniş gələr: ″Ey Allahın dostu, bizim səndən nəsibimiz yoxdurmu? Bizə də baxmaq zamanın gəlmədimi? ″

Qulaqların onun gözəl sözlərilə dolar-dolmaz, gözəl nəğməsinə qarşı içində doğan eşq və sevgidən haradasa qəlbin yerindən uçar. O an cavab verərsən: ″Allah xeyirini versin sən kimsən?″ O, cavab verər: ″Mən Allahın haqqında belə buyurduqlarındanam:″Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir.″(Səcdə:17)

Taxtından sürətlə enib otağının ortasına gəlişini bir təsəvvür et! Sonra əmrinə verilən Cənnət uşaqları və xidmətçilərinlə birlikdə irəliləyərəsən. Zövcənin də xidmətçiləri səni qarşılayar və qirmızı yaqutdan düzəldilmiş bir otağa ötürərlər. Sən sarayının qapısına yaxınlaşdıqda uşaq və xidmətçilər sənin üçün qapıları açarlar. Böyük xoşbəxtlik və sevinclə içəri daxil olarsan. Sarayın qapısını, pərdələrin gözəlliyini, uşaq və xidmətçilərin hüsnü-camalını bir düşün!

Sonra zövcənin səni çağırdığı sarayının qapısından içəri girərkən gözlərin yaşıl zümrüddən olan divarların gözəlliyinə, bağçasının göz qamaşdırıcılığına, döşəməsinin parlaqlığına ilişib qalar. Zövcənin içərisində olduğu otağa baxarsan. Sənin və hurinin üzünün nurundan onsuz da nurani olan otaq bir az daha aydınlanıb işıqlanar. O səni ipək, atlas və məxmər döşəklər üzərindən seyr edər. Sonra taxtından enər. Sənə olan şiddətli həsrət onu üzmüş, eşq onu narahat etmişdir. ″Xoş gəldin!″ deyərək sevgi dolu ifadələrlə səni qarşılayar. Sonra qucaqlamaq üçün sənə yaxınlaşar. Belə ki, Ənəs bin Malik (r.a) Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) hurilərin Allahın dostunu qarşılayıb onunla əl-ələ görüşəcəyini nəql etmişdir. O dərəcədə gözəl və ipək kimi yumuşaq əlləri bir anlıq ovcunda təsəvvür et!
Sən onun üzünün, vücudunun nazlılığından, saç tellərinin parlaqlığından duyduğun heyrət və heyranlıqdan özündən keçmiş kimisən. Sonra əlindən tutaraq sənin qurulmuş taxtına gəlirsiniz. Birlikdə taxta çıxırsınız. Üzərinizə möhtəşəm gərdək pərdəsi gərilir. Zövcəni qucaqlayırsan və bu halda üzərinizdən uzun zamanlar keçir. Sonra xidmətçi Cənnət uşaqları surahi və qədəhlərlə hüzurunuza gəlib səf halında gözləyərlər. İstədiyiniz an sizə içəcəklər təqdim edirlər.


Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:10
GÜNƏŞ06:51
ZÖHR [ 4 rükət ]13:39
ƏSR [ 4 rükət ]17:27
MƏĞRİB [ 3 rükət ]20:28
İŞA [ 4 rükət ]22:03
GECƏYARI00:49
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka