Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

TUBA KÖLGƏSİNDƏ SÖHBƏT

[ Azerislam.com / 8488 dəfə baxılıb ]   
|
 
Allahın digər bütün dostları ilə birlikdə zamanın müsibətlərindən və çağların xoşagəlməz hadisələrindən əmin olaraq Tuba ağacının kölgəsində söhbətlər edərək əbədi olaraq orada qərar tutacağını bilirsən. Siz Tuba ağacının kölgəsində söhbət edərkən Allah mələklərindən birinə sizə verdiyi sözü yerinə yetirmək istədiyini və sizi böyük sevincə qərq etməyi arzuladığını elan etməsini əmr edər. Sizləri Özünə yaxınlaşdırmaq, ″Xoş gəldiniz!″ diləklərini birbaşa sizə çatdırmaq, mübarək camalını sizə göstərmək, beləliklə də sizi ən üstün bir məqama çatmağınızı, sevincin son həddinə varmağınızı və səadətin zirvəsinə qovuşmağınızı istədiyini fərman edər.



Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:16
GÜNƏŞ06:14
ZÖHR [ 4 rükət ]13:38
ƏSR [ 4 rükət ]17:36
MƏĞRİB [ 3 rükət ]21:02
İŞA [ 4 rükət ]22:52
GECƏYARI00:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka