Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

UÇAN ATLAR

[ Azerislam.com / 8806 dəfə baxılıb ]   
|
 
Hərəkət etməyə başlayarkən öz parlaqlığı ilə Cənnətin yaqutundan yaradılan o cins atların nə qədər gözəl olduğunu bir düşün! O atları, Cənnət qızılından yaradılan cilovlarını və onları gətirən mələklərin üzlərinin gözəlliyini təsəvvür etməyə çalış. Mələklər onların cilovlarından tutmuş sənin də aralarında olduğun Allah dostlarına tərəf gətirərlər. Onların yerişləri son dərəcə gözəl və şuxdur. Bu cins atların heç bir təlimə ehtiyacı olmayıb çünki onlar əzəldən təlimli yaradılmışlar. Son dərəcə anlayışlı olub heç bir şeyə qarşı gəlmədən istənilən yönə istiqamətləndirilə bilərlər. Mələklərin bu atlarla birlikdə Cənnət əhlinə doğru irəliləyişlərini bir düşün!

Nəhayət Cənnət əhlinə gəlib çatdıqda mələklər o atları çökdürərlər. O atların duruşu və oturuşunun gözəlliyini gözünün önünə gətir! Onlardan birinə minib Rəbbini ziyarət edənlər arasına qatılacağını heç təxmin edirsənmi? Atlar salih insanların istirahət yeri olan Tuba ağacının altında zəfəran bağçaları içindəki müşk təpəciklərinə çatan kimi mələklər Allahın dostlarına dönərək gözəl nəğmələri ilə belə deyərlər: ″Ey Rəhmanın dostları, Rəbbiniz olan Allah sizə salam deyir və Onun ziyarətinə gəlmənizi istəyir. Onu ziyarət edin ki, O sizə baxsın, siz də Onu seyr edəsiniz! O sizinlə, siz də Onunla danışasınız! O sizə cavab versin, siz də Ona cavab verəsiniz! Sizə olan fəzl və rəhmətini artırsın. O, geniş bir rəhmət və sonsuz lütf sahibidir!″
Sən və bütün Allah dostları bu sözləri eşidərkən Rəbbinə olan sevgi və həsrətdən o an qaçaraq öz atlarınıza minərsiniz.

Rəbbinə yaxın olmaq və həqiqi sevgini görmək üçün üzlərinin gözəlliyi, nuru və paklığının artdığını bir düşün. Sən də onların arasındasan. Sağ ayaqlarını yaqut, zümrüd və mirvarilərlə bəzədilmiş üzəngiyə atdıqları anı düşünə bilirsənmi? Ən gözəl Cənnət atlarının üzəngilərinə basılan Allah dostlarının ayaqlarının saçdığı nuru xəyal et! Ən gözəl Cənnət atlarının ən gözəl üzəngilərindəki o ayaqlar nə qədər gözəldir. Heç bir çətinlik çəkmədən digər ayağınızı da üzəngiyə ataraq xalis ipək və məxmərlə örtülü yəhərlərin üzərində oturarsınız. İpəyin qırmızılığı arasından görünən mirvarinin bəyazlığı göz oxşayar. Sən və digər Allah dostları atlarınızın üzərində oturduqdan sonra atlar şaxə qalxar. Bu zaman atların ayaqları altından sovrulan müşk tozları onların üzərinə səpələnər. Sonra bütün atlar bir səf halında düzlənərlər. Heç bir əyrisi olmayan dümdüz bir səf olarlar. Biri digərinin önünə keçməz. Bu nə müəzzim bir sıralanma və nə möhtəşəm süvari dəstəsidir!
Dümdüz səf qurmuş atlar üzərindəki Cənnət əhlinin üzlərini bir nur haləsi əhatə edər. Onların başlarında inci və yaqutdan taclar vardır.



Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:02
GÜNƏŞ06:34
ZÖHR [ 4 rükət ]12:47
ƏSR [ 4 rükət ]16:17
MƏĞRİB [ 3 rükət ]18:59
İŞA [ 4 rükət ]20:26
GECƏYARI00:00
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka