Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MİLYARDLARCA NURANİ SİMA

[ Azerislam.com / 7906 dəfə baxılıb ]   
|
 
Bütün Cənnətliklərin simalarının bir araya gəlmələrini nə zənn edərsən?! Milyardlarca nurani simanın bir anda əmələ gətirdiyi mənzərəni nə sanarsan? Başlarındakı inci və yaqutdan olan tacları sayıb qurtarmaq mümkün deyildir. Üzlərində parlaq təbəssümlər və çöhrələrində sevincli gülümsəmələr parıldamaqdadır. Cins atlardan ibarət olan dəstələrinin intizamla yola düzülmələri ilə Allah dostlarının başlarındakı parlaq taclarının düz xətt kimi ard-ardına düzülməsini bir anlıq gözünün önünə gətir və onların cərgəsində olmaq həsrətini yaşa!
Əgər dərindən düşünsən anlayarsan ki, sənə də onlar kimi olmaq yaraşır. Çünki Rəbbinin o dostlarına dünyada verdiyi sözü mütləq bir şəkildə yerinə yetirəcəyinə əminsən.

Möminlərin qurduğu səf hazır olan kimi: ″Rəbbimizə gedək!″ deyərək atlarını sürətlə çapmağa başlayarlar.
Yaqutdan dırnaqları olan, biri-birinin ardı ilə səflərini pozmadan yol alan o cins atları bir düşün! Bellərində Allah dostlarının vücudları xəfifcə titrəyər. İrəlilədikcə çiyinləri eyni səviyyədə, qaçarkən atlarının ayaqları və üzəngiləri sanki düz bir xətt boyunca uzanıb gedər. Ayaqlarının küləyindən zəfəran otları dalğalanar. Cənnət ağaclarına yaxınlaşdıqda ağaclar onlara öz meyvələrindən atarlar. Onlar seyr etməkdə ikən atılan meyvələr gəlib əllərinə düşərlər. Əllərindəki o meyvələr nə qədər də gözəldir! Ağaclar yana əyilərək onlara yol açarlar. Çünki Rəbbləri o ağaclara səfləri bölməmələrini, düzgünlüklərini pozmamalarını və Allah dostu ilə mömin qardaşının arasına girməmələrini ilham etmişdir. Cənnətliklər dünyada Allah üçün biri-birilərini sevdikləri üçün Cənnətdə də dostdurlar.



Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:07
GÜNƏŞ06:39
ZÖHR [ 4 rükət ]12:48
ƏSR [ 4 rükət ]16:16
MƏĞRİB [ 3 rükət ]18:56
İŞA [ 4 rükət ]20:22
GECƏYARI00:01
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka