Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MƏCLİS TAMAMLANINCA

[ Azerislam.com / 7114 dəfə baxılıb ]   
|
 
Məclisləri tamam olub hər bir kəs rahatca öz yerini tatandan sonra Cənnət əhli üçün süfrələr sərilər. Əziz və Cəlil olan Allah ziyarətçilərinə yemək və meyvə təqdim edər. Allahın ziyarətçiləri və sevgili qulları üçün süfrələr qurular. Rəhmanın ziyarətçilərinə qulluq etmək üçün mələklər səfərbər olarlar. İçərisi xəyal belə etmədikləri cürbəcür yeməklər və çeşid-çeşid meyvələrlə dolu olan qızıl sinilər qonaqların önünə qoyular. Rəbblərinin onlara olan izzətindən məmnun və sevincli halda əllərini o nemətlərə uzadarlar. Heç şübhəsiz ziyarət edilən hər kəsin öz ziyarətçisini şərəfləndirməsi onun haqqıdır.

O, Kərim, Vahid, Cavad, Məcid və Əzim olan Allahın ziyafəti necə olar? Düşün bir anlıq! Rəbblərinin bu möhtəşəm ziyafətindən məmnun olan Cənnət əhli böyük bir fərəhlə yeməklərini yeyərlər. Nəhayət yeyib qurtaranda Uca Allah mələklərə: ″Onlara içəcək təqdim edin!″ deyə əmr edər. Artıq xidmətçilər və Cənnət uşaqları deyil birbaşa mələklər içi şərab, bal, su və süd ilə dolu olan incidən hazırlanmış qədəhlərlə qonaqların yanlarına gələrlər. Rəhmanın mələklərinin əlindəki o qədəhlərin gözəlliyini bir düşün! Allahın dostları onlardan alıb içərlər. İçəcəklərin gözəlliyi ziyarətçilərin simalarında əks olunar.




Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:07
GÜNƏŞ06:39
ZÖHR [ 4 rükət ]12:48
ƏSR [ 4 rükət ]16:16
MƏĞRİB [ 3 rükət ]18:56
İŞA [ 4 rükət ]20:22
GECƏYARI00:01
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka