Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ANANIN QAYĞISINA QALMAQ

عن بهز بن حكيم عن أبيه عن جده قلت يا رسول الله من أبر قال أمك قلت من أبر قال أمك قلت من أبر قال أمك قلت من أبر قال أباك ثم الأقرب فالأقرب"

(3) – Bəhz ibn Həkim atasından, o da babasından (r.a) rəvayət edir ki, mən Peyğəmbərdən (s.a.s) soruşdum: “Ey Allahın elçisi! Ən çox kimə qayğı göstərilməlidir?” Dedi: “Anana!” (Yenə) soruşdum: “Ən çox kimə qayğı göstərilməlidir?” Dedi: “Anana!” (Yenə) soruşdum: “Ən çox kimə qayğı göstərilməlidir?” Dedi: “Anana!” (Yenə) soruşdum: “Ən çox kimə qayğı göstərilməlidir?” Dedi: “Atana! Sonra da ən yaxın və ən yaxın olanlara”.
[Həsəndir]

عن بن عباس أنه أتاه رجل فقال أنى خطبت امرأة فأبت أن تنكحني وخطبها غيرى فأحبت أن تنكحه فغرت عليها فقتلتها فهل لي من توبة قال أمك حية قال لا قال تب إلى الله عز وجل وتقرب إليه ما استطعت فذهبت فسألت بن عباس لم سألته عن حياة أمه فقال أنى لا أعلم عملا أقرب الى الله عز وجل من بر الوالدة"

(4) – İbn Abbas (r.a) rəvayət edir ki, bir kişi onun yanına gəlib dedi: “Mən bir qadına elçi göndərdim, o isə mənə ərə gəlməkdən imtina etdi. Lakin başqa birisi ona elçi göndərdi, ona ərə getməyə razılıq verdi. Mən də qısqanclıq üzündən qadını öldürdüm. Hərgah tövbə etsəm, qəbul olarmı?” İbn Abbas (r.a) soruşdu: “Anan sağdırmı?” O: “Xeyr!”- deyə cavab verdi. İbn Abbas (r.a) dedi: “Qüdrətli və əzəmətli Allaha tövbə et və bacardığın qədər Ona yaxınlaş!”
(Əta ibn Yəsar deyir ki,) mən gedib ibn Abbasdan soruşdum: “Nə üçün ondan anasının sağ olub-olmadığını soruşdun?” O dedi: “Çünki mən qüdrətli və əzəmətli Allahın yanında ana qayğısını çəkməkdən daha yaxın bir əməl bilmirəm”.
[Səhihdir]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:56
GÜNƏŞ07:29
ZÖHR [ 4 rükət ]13:46
ƏSR [ 4 rükət ]17:18
MƏĞRİB [ 3 rükət ]20:02
İŞA [ 4 rükət ]21:30
GECƏYARI00:59
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka