Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

VALİDEYNLƏRƏ ETDİKLƏRİNİN ƏVƏZİNİ VERMƏK

عن أبى هريرة عن النبي صلى الله عليه وسلم قال لا يجزى ولد والده إلا أن يجده مملوكا فيشتريه فيعتقه

(10) – Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) belə dedi: “Övlad valideynə onun üçün etdiklərinin əvəzini (heç nə ilə) qaytara bilməz. Yalnız onu kölə ikən alıb azad etməsi istisnadır.
[ Səhihdir ]

- عن أبى بردة أنه شهد بن عمر رجلا يمانيا يطوف بالبيت حمل أمه وراء ظهره يقول إني لها بعيرها المذلل إن أذعرت ركابها لم أذعر ثم قال يا بن عمر أترانى جزيتها قال لا ولا بزفرة واحدة ثم طاف بن عمر فأتى المقام فصلى ركعتين ثم قال يا بن أبى موسى إن كل ركعتين تكفران ما أمامهما"


(11) – Əbu Burdə (r.a) deyir ki, mən ibn Ömərlə (r.a) bir yerdə idim. Yəmənli bir kişi öz anasını kürəyində daşıyaraq Kə'bəni təvaf edir və deyirdi:

Doğrusu, anamın müti dəvəsiyəm,
Dəvə yorulsa da yorulan deyiləm.

Sonra kişi dedi: “Ey ibn Ömər! Bir de görüm, anamın mənə elədiklərinin əvəzini verdimmi?” İbn Ömər (r.a) dedi: “Xeyr! (Bu elədiyin, heç doğuş zamanı olan) bir iniltini belə əvəz etmir”.
Bunun ardından ibn Ömər (r.a) təvaf etdi. (Kə'bəni təvaf edib bitirən kimi) İbrahim məqamına gəlib iki rükət namaz qıldı. Sonra da dedi: “Ey ibn Əbu Musa! Həqiqətən, hər iki rükət namaz onlardan öncəki günahları silir”.
[ İsnadı səhihdir ]


- أن أبا هريرة كان يستخلفه مروان وكان يكون بذي الحليفة فكانت أمه في بيت وهو في آخر قال فإذا أراد أن يخرج وقف على بابها فقال السلام عليك يا أمتاه! و رحمة الله وبركاته فتقول وعليك السلام يا بني! و رحمة الله وبركاته فيقول رحمك الله كما ربيتنى صغيرا فتقول رحمك الله كما بررتنى كبيرا ثم إذا أراد أن يدخل صنع مثله"


(12) – Mərvan (hərdən) Əbu Hureyranı (r.a) başçı təyin edərdi. O zaman Əbu Hureyra (r.a), zil-Huleyfədə olarkən, anası bir evdə, özü də başqa bir evdə olardı. Bayıra çıxmaq istəyəndə anasının qapısı önündə durub deyərdi: “Sənə salam olsun, ay ana! Allahın mərhəməti və Onun bərəkəti (sənə yetişsin)” Anası isə deyərdi: “Sənə də salam olsun, ey oğlum! Allahın mərhəməti və Onun bərəkəti (sənə də yetişsin)!” O yenə deyərdi: “Məni körpəliyimdən tərbiyə edib bəslədiyin kimi Allah da sənə rəhm etsin!” Anası isə deyərdi: “Sən mənə qocalığın ən düşkün dövründə qayğı göstərdiyin kimi Allah da sənə rəhm etsin!” Sonra (Əbu Hureyra (r.a) evinə qayıtdıqda bunları eynilə təkrar edərdi.
[ İsnadı zəifdir ]


- عن عبد الله بن عمرو قال جاء رجل إلى النبي صلى الله عليه وسلم يبايعه على الهجرة وترك أبويه يبكيان فقال ارجع إليهما وأضحكهما كما أبكيتهم"

(13) – Abdullah ibn Amr (r.a) demişdir: “Bir kişi ata-anasını gözüyaşlı qoyub Peyğəmbərin (s.a.s) yanına gəldi ki, hicrət (cihad) etmək üçün ona bey'ət (Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) dəvətini qəbul edərək ona tabe və sadiq olma. ) etsin. Peyğəmbər (s.a.s) dedi: “Onların yanına qayıt! Onları necə ağlatmısansa, eləcə də güldür”.
[ Səhihdir ]

- أن أبا مرة مولى أم هانئ بنت أبي طالب أخبره أنه ركب مع أبى هريرة الى أرضه بالعقيق فإذا دخل أرضه صاح بأعلى صوته عليك السلام و رحمة الله وبركاته يا أمتاه تقول وعليك السلام و رحمة الله وبركاته يقول رحمك الله كما ربيتنى صغيرا فتقول يا بنى وأنت فجزاك الله خيرا ورضى عنك كما بررتنى كبيرا"

(14) – Ummu Haninin (r.a) himayəsində olan Əbu Murra rəvayət edir ki, mən Əbu Hureyra (r.a) ilə birgə onun yaşadığı yerə Əqiqə (zil-Huleyfəyə) gəldim. O, yaşadığı yerə gəlib çatdıqda uca səslə çağırıb dedi: “Sənə salam olsun, ay ana! Allahın mərhəməti və Onun bərəkəti (sənə yetişsin)!” Anası dedi: “Sənə də salam olsun! Allahın mərhəməti və Onun bərəkəti (sənə də yetişsin)!” O dedi: “Məni körpəliyimdən tərbiyə edib bəslədiyin kimi Allah da sənə rəhm etsin!” Anası dedi: “Oğlum! Sən mənə qocalığın ən düşkün çağında qayğı göstərdiyin kimi Allah da səni xeyirlə mükafatlandırsın və səndən razı qalsın!”
[ İsnadı həhihdir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:56
GÜNƏŞ07:29
ZÖHR [ 4 rükət ]13:46
ƏSR [ 4 rükət ]17:18
MƏĞRİB [ 3 rükət ]20:02
İŞA [ 4 rükət ]21:30
GECƏYARI00:59
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka