Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

VALİDEYNLƏRİ SÖYMƏMƏK


عن عبد الله بن عمرو قال قال النبي صلى الله عليه وسلم من الكبائر أن يشتم الرجل والديه فقالوا كيف يشتم قال يشتم الرجل فيشتم أباه وأمه"

27. Abdullah ibn Amr (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurdu: “Kişinin öz valideynlərini söyməsi böyük günahlardandır”. (Səhabələr) dedilər: “Heç (adam da öz valideynini) söyərmi?” O dedi: “Birisini söyür, o da onun ata-anasını söyür”.
[ Səhihdir ]

عن عبد الله بن عمرو بن العاص يقول من الكبائر عند الله تعالى أن يستسب الرجل لوالده"

28. Abdullah ibn Amr (r.a) deyirdi ki, kişinin öz valideynlərini söydürməsi Uca Allah yanında böyük günahlardandır”.
[ İsnadı həsəndir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:19
GÜNƏŞ06:16
ZÖHR [ 4 rükət ]13:38
ƏSR [ 4 rükət ]17:35
MƏĞRİB [ 3 rükət ]20:59
İŞA [ 4 rükət ]22:48
GECƏYARI00:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka