Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

QOHUMLUQ ƏLAQƏLƏRINI MÖHKƏMLƏNDIRMƏYIN FƏZILƏTI


عن أبى هريرة قال اتى رجل النبي صلى الله عليه وسلم فقال يا رسول الله ان لي قرابة أصلهم ويقطعون وأحسن إليهم ويسيئون إلى ويجهلون على وأحلم عنهم قال لئن كان كما تقول كأنما تسفهم المل ولا يزال معك من الله ظهير عليهم ما دمت على ذلك"

52. Əbu Hureyra (r.a) rəvayət edir ki, bir kişi Peyğəmbərin (s.a.s) yanına gəlib dedi: “Ey Allahın elçisi! Mənim qohumlarım var. Mən onlarla əlaqələri birləşdirir, onlarsa mənimlə əlaqələri kəsirlər, mən onlara yaxşılıq edir, onlarsa mənə pislik edirlər, mən onlarla mülayim danışır, onlarsa mənimlə kobud rəftar edirlər”. O dedi: “Əgər sən deyən kimidirsə, onda elə bil ki, sən onlara isti kül yedizdirirsən. Bu cür rəftarın davam edənədək Allah tərəfindən onlara qarşı sənin yanında (onların əziyyətlərini dəf edən) köməkçi olar”.
[ Səhihdir ]

عن عبد الرحمن بن عوف أنه سمع رسول الله صلى الله عليه وسلم يقول قال الله عز وجل أنا الرحمن وانا خلقت الرحم واشتققت لها من اسمى فمن وصلها وصلته ومن قطعها بتته"

53. Abdurrəhman ibn Auf (r.a) rəvayət edir ki, mən Peyğəmbərin (s.a.s) belə dediyini eşitdim: “Qüdrətli və əzəmətli Allah dedi: “Mən ər-Rəhmanam! Mən rəhmi (qohumluq əlaqəsini) yaratdım və Öz adımdan ona ad verdim. Kim onu möhkəmləndirsə, Mən onu rəhmətimə qovuşduraram. Kim onu kəssə, Mən də onu kəsərəm”.
[ Səhihdir ]

عن أبى العنبس قال دخلت على عبد الله بن عمرو في الوهط يعنى أرضا له بالطائف فقال عطف لنا النبي صلى الله عليه وسلم إصبعه فقال الرحم شجنة من الرحمن من يصلها يصله ومن يقطعها يقطعه لها لسان طلق ذلق يوم القيامة

54. Əbul Ənbəs rəvayət edir ki, mən bostana – Abdullah ibn Amrın (r.a) Taifdəki yerinə gəldim. O dedi: “Peyğəmbər (s.a.s) barmağını bizə işarə edib dedi: “Rəhm ər-Rəhmandan bir şəcnədir.( Qohumluq əlaqəsi Allahın mərhəməti ilə bağlı olan rəhmət əlamətlərindəndir.) Kim onu möhkəmləndirsə, O, onu rəhmətinə qovuşdurar. Kim də onu kəssə, O, onu kəsər. Qiyamət günü onun fəsahətli, bəlağətli dili olacaqdır”.
[ Səhihdir ]

عن عائشة رضي الله عنها أن النبي صلى الله عليه وسلم قال الرحم شجنة من الله من وصلها وصله الله ومن قطعها قطعه الله"

55.Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Rəhm Allahdan bir şəcnədir. Kim onu möhkəmləndirsə, Allah onu rəhmətinə qovuşdurar. Kim də onu kəssə, Allah onu kəsər”.
[ Səhihdir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:07
GÜNƏŞ06:11
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:15
İŞA [ 4 rükət ]23:11
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka