Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ZALIM QOHUMLA ƏLAQƏLƏRİ MÖHKƏMLƏNDİRMƏYİN FƏZİLƏTİ


عن البراء قال جاء أعرابى فقال يا نبي الله علمني عملا يدخلنى الجنة قال لئن كنت أقصرت الخطبة لقد أعرضت المسألة أعتق النسمة وفك الرقبة قال أو ليستا واحدا قال لا عنق النسمة وفك الرقبة ان تعين على الرقبة والمنيحة الرغوب والفيء على ذي الرحم فإن لم تطق ذلك فأمر بالمعروف وإنه عن المنكر فإن لم تطق ذلك فكف لسانك إلا من خير

69. Bəra (r.a) rəvayət edir ki, bir bədəvi gəlib dedi: “Ey Allahın peyğəmbəri! Mənə elə bir əməl öyrət ki, o məni Cənnətə salsın”. O dedi: “Müraciəti qısa etsən də, məsələni (məna baxımından) genişlətmiş oldun. Kölə azad et, yaxud kimsəni köləlikdən azad et”. (Bədəvi) dedi: “Məgər ikisi də bir şey deyilmi?” O dedi: “Xeyr! Kölə azad etmək (yalnız öz vəsaitinlə) onu azad etmən, kimsəni köləlikdən azad etmək isə kölənin azad edilməsinə köməklik göstərməndir. (Habelə yaxınlarına) bol-bol süd verən qoyun bağışla, qohumlara qənimətdən pay ver. Bunu bacarmasan, (insanlara) yaxşı işlər görməyi əmr et və (onları) pis işlərdən çəkindir. Bunu da bacarmasan, onda heç olmasa dilini saxla, ancaq xeyir söylə”.
[ Səhihdir ]
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:08
GÜNƏŞ06:49
ZÖHR [ 4 rükət ]13:39
ƏSR [ 4 rükət ]17:27
MƏĞRİB [ 3 rükət ]20:29
İŞA [ 4 rükət ]22:04
GECƏYARI00:48
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka