Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

BƏDƏVİ XADİMƏLƏRİ SATMAQ


عن عمرة أن عائشة رضي الله عنها دبرت أمة لها فاشتكت عائشة فسأل بنو أخيها طبيبا من الزط فقال إنكم تخبروني عن امرأة مسحورة سحرتها أمة لها فأخبرت عائشة قالت سحرتيني فقالت نعم فقالت ولم؟ لا تنجين أبدا ثم قالت بيعوها من شر العرب ملكة"

162. Amra rəvayət edir ki, Aişənin (r.a) kənizi ona cadu etdi və Aişə (r.a) xəstələndi. Aişə (r.a) qardaşı oğullarından xahiş elədi ki, ona Zut qəbiləsindən həkim çağırsınlar. (Həkim onlara) dedi: “Siz mənə öz kənizi tərəfindən caduya salınmış qadın haqqında xəbər verirsiniz”. Onlar bunu Aişəyə (r.a) bildirdikdə (kənizə) dedi: “Sən mənə cadu eləmisən?” O: “Bəli!”- deyə cavab verdi. Aişə (r.a) dedi: “Nə üçün? Axı sən heç vaxt nicat tapmayacaqsan.” Sonra da (xidmətçilərinə) “Onu bədəvilərin şərindən uzaq olmaq üçün kölə kimi satın”- dedi.
[ İsnadı səhihdir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:21
GÜNƏŞ07:58
ZÖHR [ 4 rükət ]12:37
ƏSR [ 4 rükət ]14:59
MƏĞRİB [ 3 rükət ]17:16
İŞA [ 4 rükət ]18:49
GECƏYARI23:48
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka