Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

XİDMƏTÇİNİN TƏQSİRİNDƏN KEÇMƏK


عن أبى أمامة قال أقبل النبي صلى الله عليه وسلم معه غلامان فوهب أحدهما لعلي صلوات الله عليه وقال لا تضربه فإني نهيت عن ضرب أهل الصلاة وإني رأيته يصلى منذ أقبلنا وأعطى أبا ذر غلاما وقال استوص به معروفا فأعتقه فقال ما فعل قال أمرتني أن استوصي به خيرا فأعتقته"

163.Əbu Umamə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) iki kölə ilə birgə yanımıza gəldi. O, kölələrdən birini Əliyə (ona Allahın salavatı olsun) verib dedi: “Onu vurma! Çünki namaz qılanları vurmaq mənə qadağan edildi. Mən onu gördüyüm gündən indiyədək namaz qılır”. Digərini də Əbu Zərə (r.a) verib dedi: “Onunla yaxşı rəftar et!” Əbu Zərr (r.a) onu azad etdi. Sonra Peyğəmbər (s.a.s) soruşdu: “Nə oldu?” Əbu Zərr (r.a) dedi: “Mənə onunla yaxşı rəftar etməyi buyurdun, mən də onu azad etdim”.
[ Həsəndir ]

عن أنس قال قدم النبي صلى الله عليه وسلم المدينة وليس له خادم فأخذ أبو طلحة بيدي فانطلق بي حتى أدخلني على النبي صلى الله عليه وسلم فقال يا نبي الله إن أنسا غلام كيس لبيب فليخدمك قال فخدمته في السفر والحضر مقدمه المدينة حتى توفي صلى الله عليه وسلم ما قال لي لشيء صنعته: لم صنعت هذا هكذا ولا قال لي لشيء لم أصنعه ألا صنعت هذا هكذا؟

164 Ənəs (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) Mədinəyə gəldikdə onun xidmətçisi yox idi. Odur ki, Əbu Təlhə (r.a) əlimdən tutub məni onun yanına apardı. Onun yanına daxil olduqda Əbu Təlhə (r.a) dedi: “Ey Allahın Peyğəmbəri! Həqiqətən də Ənəs həm diribaş, həm də ağıllı bir uşaqdır. Qoy o sənə xidmət etsin!” (Ənəs (r.a) deyir ki): “Peyğəmbər (s.a.s) vəfat edənədək istər səfər də, istərsə də Mədinəyə döndükdə, evdə mən onun xidmətində durdum. Elədiyim bir işə heç vaxt demədi ki, nə üçün bunu belə etdin? Yerinə yetirmədiyim bir işə də heç vaxt demədi ki, gərək bunu belə edəydin”.
[ Səhihdir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:22
GÜNƏŞ06:59
ZÖHR [ 4 rükət ]13:43
ƏSR [ 4 rükət ]17:28
MƏĞRİB [ 3 rükət ]20:26
İŞA [ 4 rükət ]21:58
GECƏYARI00:54
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka