Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

GÜNAH İŞLƏR GÖRƏN XİDMƏTÇİ


عن لقيط بن صبرة قال انتهيت إلى النبي صلى الله عليه وسلم ودفع الراعي في المراح سخلة فقال النبي صلى الله عليه وسلم لا تحسبن ولم يقل لا تحسبن إن لنا غنما مائة لا نريد أن تزيد فإذا جاء الراعي بسخلة ذبحنا مكانها شاة فكان فيما قال لا تضرب ظعينتك كضربك أمتك وإذا استنشقت فبالغ إلا أن تكون صائما"

166. Ləqit ibn Səbrə (r.a) rəvayət edir ki, mən Peyğəmbərin (s.a.s) yanına gəldim. (Bu vaxt) çoban tövləyə bir quzu gətirdi. Peyğəmbər (s.a.s) (bir qoç kəsməyi buyurduqdan sonra) dedi: “Elə güman etmə ki, (bunu sənə görə kəsirik). Bizim yüz qoyunumuz var. Və istəmirik ki, onların sayı artsın. Elə ki, çoban bir quzu gətirir, biz onun əvəzinə bir qoç kəsirik”. O, həmçinin deyərdi: “Həyat yoldaşını kənizini vurduğun kimi vurma. (Dəstəmaz alarkən) burnunu yuduqda, oruc tutduğunuz vaxt istisna olmaqla suyu (buruna) çox al”.
[ Səhihdir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:13
GÜNƏŞ06:52
ZÖHR [ 4 rükət ]13:45
ƏSR [ 4 rükət ]17:33
MƏĞRİB [ 3 rükət ]20:36
İŞA [ 4 rükət ]22:11
GECƏYARI00:54
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka