Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

Özünüz nə geyirsinizsə, Kölə və kənizlərə də ondan geyindirin

Ubadə ibnul-Vəlid deyir ki, mən atamla birgə elm almaq üçün ənsarın qaldığı yerə gəldik. İlk rastlaşdığımız kəs Peyğəmbərin (s.a.s) səhabəsi Əbul Yəsar (r.a) oldu. Köləsi də onun yanında idi. Əbul Yəsarın (r.a) da, onun köləsinin də əynində bir əba və bir məafir libası var idi. Mən ona dedim: “Əmi! Bəlkə kölənin əbasını götürəsən və məafir libasını ona verəsən, yaxud kölənin məafir libasını götürəsən və əbanı ona verəsən, beləliklə də ya sənin əynində, ya da onun əynində bir geyim olsun”. O mənim başımı sığallayıb dedi: “Allahım, ona bərəkət ver! Qardaş oğlu! Peyğəmbərin (s.a.s) : “Yediyinizdən onlara da yedirdin, geydiyinizdən onlara da geyindirin!”- dediyini bu gözlərim gördü, bu qulaqlarım eşitdi, – və qəlbinə işarə edərək –, bu qəlbim dərk etdi”. Odur ki, mənim üçün dünya malından ona ver¬məyim Qiyamət günü savabımdan nəyi isə götürməyindən daha asandır.
[ Səhihdir ]

Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) kölələrlə yaxşı rəftar etməyi tövsiyə edib buyurardı: “Yediyinizdən onlara yedirdin, geyindiyinizdən onlara geyindirin, qüdrətli və əzəmətli Allahın yaratdıqlarına əzab verməyin!”
[ Səhihdir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:18
GÜNƏŞ06:56
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:31
MƏĞRİB [ 3 rükət ]20:30
İŞA [ 4 rükət ]22:04
GECƏYARI00:54
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka