Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

(KÖLƏ): “AĞAM!” DEYƏ BILƏRMİ?



عن أبى هريرة عن النبي صلى الله عليه وسلم قال لا يقولن أحدكم عبدي وأمتى ولا يقولن المملوك ربي وربتى وليقل فتاى وفتاتى وسيدى وسيدتى كلكم مملوكون والرب الله عز وجل


Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurdu: “Sizlərdən heç kəs: “Qulum! Kənizim!”, kölə də: “Rəbbim!” deməsin. Qoy: “Oğlum! Qızım! Ağam! Xanımım!” desin. Hamınız qulsunuz. Rəbb isə yalnız qüdrətli və əzəmətli Allahdır.
[ Səhihdir ]


عن مطرف قال قال أبى انطلقت في وفد بنى عامر إلى النبي صلى الله عليه وسلم فقالوا أنت سيدنا قال السيد الله قالوا وأفضلنا فضلا وأعظمنا طولا قال فقال قولوا بقولكم ولا يستجرينكم الشيطان


Abdullah ibnuş-Şəxir (r.a) rəvayət edir ki, mən Amir oğullarından olan bir dəstə ilə birgə Peyğəmbərin (s.a.s) yanına gəldim. Onlar (Peyğəmbərə (s.a.s)) dedilər: “Sən bizim seyidimizsən!” O isə: “Seyid Allahdır!”- deyə cavab verdi. Onlar dedilər: “Sən həm fəzilət, həm də sərvət baxımından bizdən üstünsən!” O buyurdu: “Sözünüzü deyin! Qoy şeytan sizi öz havadarlarına çevirməsin”.
[ Səhihdir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:56
GÜNƏŞ07:29
ZÖHR [ 4 rükət ]13:46
ƏSR [ 4 rükət ]17:18
MƏĞRİB [ 3 rükət ]20:02
İŞA [ 4 rükət ]21:30
GECƏYARI00:59
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka