Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

HƏR BİR YAXŞILIQ SƏDƏQƏDİR


عن جابر بن عبد الله عن النبي صلى الله عليه وسلم قال كل معروف صدقة


Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Hər bir yaxşılıq sədəqədir”.
[ Səhihdir ]


عن أبى موسى قال قال النبي صلى الله عليه وسلم على كل مسلم صدقة قالوا فإن لم يجد قال فيعتمل بيديه فينفع نفسه ويتصدق قالوا فإن لم يستطع أو لم يفعل قال فيعين ذا الحاجة الملهوف قالوا فإن لم يفعل قال فيأمر بالخير أو يأمر بالمعروف قالوا فان لم يفعل قال فيمسك عن الشر فإنه له صدقة"


Əbu Musa (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Hər bir müsəlman sədəqə verməlidir”. (Səhabələr) dedilər: “Bəs (sədəqə verməyə bir şey) tapa bilməsə necə?” O dedi: “Əllərinin zəhməti ilə qazanıb həm özünə xeyir qazansın, həm də (ehtiyacı olanlara) sədəqə versin”. Dedilər: “Bəs (bunu) bacarmasa, yaxud etməsə necə?” O dedi: “Yardım istəyən ehtiyac sahibinə yardım etsin”. Dedilər: “Bəs (bunu) edə bilməsə necə?” O dedi: “Qoy xeyirxah işlər görməyi, yaxud yaxşılıq etməyi əmr etsin”. Dedilər: “Bəs (bunu) edə bilməsə necə?” O dedi: “Qoy yaramaz işlərdən əl çəksin. Çünki bu, onun üçün sədəqə sayılır”.
[ Səhihdir ]


عن أبي ذر أخبره أنه سأل رسول الله صلى الله عليه وسلم أي العمل أفضل قال إيمان بالله وجهاد في سبيله قال فأى الرقاب أفضل قال أغلاها ثمنا وأنفسها عند أهلها قال أرأيت إن لم أفعل قال تعين ضائعا أو تصنع لأخرق قال أرأيت إن لم أفعل قال تدع الناس من الشر فإنها صدقة تصدق بها عن نفسك


Əbu Zərr (r.a) rəvayət edir ki, mən Peyğəmbərdən (s.a.s) soruşdum: “Hansı əməl ən yaxşı əməl sayılır?” O dedi: “Allaha iman gətirmək, Onun yolunda cihad etmək!” Bir daha soruşdum: “Hansı kölə ən xeyirli kölə hesab olunur?” O dedi: “Ən bahalı və ailədə ən hörmətli olan kölə!” Yenə soruşdum: “Bir de görək, bəzi (yaxşı) əməlləri edə bilməsəm necə? O dedi: “Biçarə kimsəyə köməklik göstər və ya bacarıqsız adama işində yardım et!” Yenə soruşdum: “Bəs (bunu) edə bilməsəm necə? O dedi: “İnsanları pis işlərdən çəkindir. Çünki bu, sənin özün üçün xərclədiyin sədəqədir”.
[ Səhihdir ]


عن أبى ذر قال قيل يا رسول الله ذهب أهل الدثور بالأجور يصلون كما نصلى ويصومون كما نصوم ويتصدقون بفضول أموالهم قال أليس قد جعل الله لكم ما تصدقون إن بكل تسبيحة وتحميدة صدقة وبضع أحدكم صدقة قيل في شهوته صدقة قال لو وضع في الحرام أليس كان عليه وزر فكذلك إن وضعها في الحلال كان له أجر


Əbu Zərr (r.a) rəvayət edir ki, Peyğəmbərə (s.a.s) dedilər: “Ey Allahın elçisi! Var-dövlət sahibləri (bizdən çox) savab qazanırlar. Onlar bizim kimi namaz qılır, bizim kimi oruc tutur və ən gözəl mallarını (Allah yolunda) sədəqə verirlər”. O dedi: “Məgər Allah sizin üçün sədəqə verəcəyiniz şeylər hazırlamayıb? Həqiqətən, hər bir təsbih (Subhanəllah!”- demək.) sədəqədir, hər bir təhmid (Əlhəmdulilləh!”- demək.) sədəqədir və (həyat yoldaşı ilə) yaxınlıq etmək sədəqədir”. Dedilər: “Yoxsa onun şəhvətində sədəqə var?” O dedi: “Məgər haram yolla yaxınlıq etsə, bu, ona günah sayılmazmı?! Odur ki, halal zövcəsi ilə yaxınlıq etsə, savab qazanar”.
[ Səhihdir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:21
GÜNƏŞ06:17
ZÖHR [ 4 rükət ]13:38
ƏSR [ 4 rükət ]17:35
MƏĞRİB [ 3 rükət ]20:58
İŞA [ 4 rükət ]22:47
GECƏYARI00:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka