Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

BAĞA GETMƏK



عن أبى سلمة قال أتيت أبا سعيد الخدري وكان لي صديقا فقلت ألا تخرج بنا إلى النخل فخرج وعليه خميصة له

Əbu Sələmə (r.a) rəvayət edir ki, mən dostum Əbu Səid əl-Xudrinin (r.a) yanına gəlib dedim: “Bizimlə xurma bağına getmək istəmirsən?” O, öz yun əbasını geyib bizimlə getdi.
[ Səhihdir ]


عن أم موسى قالت سمعت عليا رضي الله عنه يقول أمر النبي صلى الله عليه وسلم عبد الله بن مسعود أن يصعد شجرة فيأتيه منها بشيء فنظر أصحابه إلى ساق عبد الله فضحكوا من حموشة ساقيه فقال رسول الله صلى الله عليه وسلم ما تضحكون لرجل عبد الله أثقل في الميزان من أحد


Ummu Musa rəvayət edir ki, Əli (r.a) dedi: “Peyğəmbər (s.a.s) Abdullah ibn Məsuda (r.a) ağaca çıxıb onun meyvəsindən dərməyi buyurdu. Səhabələr Abdullahın baldırına baxıb, onun çox nazik olduğuna güldülər. Peyğəmbər (s.a.s) dedi: “Nəyə gülürsünüz? Qiyamət günü Abdullahın bir ayağı tərəzidə Uhud dağından ağır gələcək”.
[ Səhih li-ğeyrihi ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:26
GÜNƏŞ07:55
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:28
MƏĞRİB [ 3 rükət ]18:56
İŞA [ 4 rükət ]20:21
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka