Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

GÜLÜMSƏMƏK


عن جرير يقول ما رآني رسول الله صلى الله عليه وسلم منذ أسلمت إلا تبسم في وجهي وقال رسول الله صلى الله عليه وسلم يدخل من هذا الباب رجل من خير ذي يمن على وجهه مسحة ملك فدخل جرير


Cərir (r.a) rəvayət edir ki: “Müsəlman olduğum gündən bəri Peyğəmbər (s.a.s) məni nə vaxt görsəydi üzümə gülümsəyərdi”.
[ Səhihdir ]


وقال رسول الله صلى الله عليه وسلم يدخل من هذا الباب رجل من خير ذي يمن على وجهه مسحة ملك فدخل جرير


Peyğəmbər (s.a.s) dedi: “Yəmən əhlinin ən xeyirli, ən gözəl bənizli kişilərindən biri bu qapıdan içəri daxil olacaq”. Bu vaxt Cərir (r.a) içəri daxil oldu.
[ Səhihdir ]


عن عائشة زوج النبي صلى الله عليه وسلم قالت ما رأيت رسول الله صلى الله عليه وسلم ضاحكا قط حتى أرى منه لهواته إنما كان يتبسم صلى الله عليه وسلم قالت وكان إذا رأى غيما أو ريحا عرف في وجهه فقالت يا رسول إن الناس إذا رأوا الغيم فرحوا رجاء أن يكون فيه المطر وأراك إذا رأيته عرفت في وجهك الكراهة فقال يا عائشة ما يؤمنى أن يكون فيه عذاب عذب قوم بالريح وقد رأى قوم العذاب منه فقالوا هذا عارض ممطرنا


Peyğəmbərin (s.a.s) zövcəsi Aişə (r.a) rəvayət edir ki: “Mən heç vaxt Peyğəmbərin (s.a.s) damağı görününcəyədək güldüyünü görmədim. O yalnız gülümsəyərdi. Bulud və külək gördükdə də üzünün cizgiləri dəyişərdi. Mən deyərdim: “Ey Allahın elçisi! İnsanlar bulud gördükdə sevinir, yağış yağacağına ümid edirlər. Amma görürəm ki, sən onu gördükdə üzündən narazılıq hiss olunur”. O dedi: “Ey Aişə! Mən necə əmin ola bilərəm ki, onda əzab yoxdur? Axı küləklə əzaba məruz qalan tayfa olub keçmişdir. Həmçinin buluddan əzab görən tayfa da olmuşdur. Halbuki onlar: “Bu bizə yağış yağdıracaq buluddur!”- demişdilər. (əl-Əhqaf, 24.)
[ Səhihdir ]


 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:29
GÜNƏŞ07:58
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:25
MƏĞRİB [ 3 rükət ]18:51
İŞA [ 4 rükət ]20:17
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka