Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

(Kişinin) bostana gedib ailəsi üçün zənbildə bir şey gətirməsi


عن عمرو بن أبى قرة الكندي قال عرض أبى على سلمان أخته فأبى وتزوج مولاة له يقال لها بقيرة فبلغ أبا قرة أنه كان بين حذيفة وسلمان شيء فأتاه يطلبه فأخبره أنه في مبقلة له فتوجه اليه فلقيه معه زبيل فيه بقل قد أدخل عصاه في عروة الزبيل وهو على عاتقه فقال يا أبا عبد الله ما كان بينك وبين حذيفة قال يقول سلمان وكان الإنسان عجولا فانطلقا حتى أتيا دار سلمان فدخل سلمان الدار فقال السلام عليكم ثم أذن لأبى قرة فدخل فإذا نمط موضوع على باب وعند رأسه لبنات وإذا قرطاط فقال اجلس على فراش مولاتك التي تمهد لنفسها ثم أنشا يحدثه فقال إن حذيفة كان يحدث بأشياء كان يقولها رسول الله صلى الله عليه وسلم في غضبه لأقوام فأوتى فأسأل عنها فأقول حذيفة أعلم بما يقول وأكره أن تكون ضغائن بين أقوام فأتى حذيفة فقيل له إن سلمان لا يصدقك ولا يكذبك بما تقول فجاءني حذيفة فقال يا سلمان بن أم سلمان فقلت يا حذيفة بن أم حذيفة لتنتهين أو لأكتبن فيك إلى عمر فلما خوفته بعمر تركنى وقد قال رسول الله صلى الله عليه وسلم من ولد آدم أنا فأيما عبد من أمتى لعنته لعنة أو سببته سبة كنهه فأجعلها عليه صلاة


Amr ibn Əbi Qurra deyir ki, atam öz bacısını Salmana (r.a) təklif etdi. O isə bundan imtina edib Buqeyra adlı kənizi ilə evləndi. Əbu Qurraya xəbər çatdı ki, Salmanla (r.a) Huzeyfənin (r.a) arasında inciklik vardır. Əbu Qurra Salmanı (r.a) axtarmağa başladı. Ona Salmanın (r.a) bostanda olduğunu xəbər verdilər. O dərhal oraya yollandı. Gəlib gördü ki, Salman (r.a) zənbilin içinə tərəvəz yığıb, əsasını da zənbilin dəstəsinə keçirərək çiyninə atıb gedir. Dedi: “Ey Əbu Abdullah! Səninlə Huzeyfənin arasında nə baş verib?” Salman (r.a) dilləndi:


“Doğrusu, insan tələskəndir”. (əl-İsra, 11.) Hər ikisi gəlib Salmanın (r.a) evinə çatdılar. Salman (r.a) evə girib: “Sizə salam olsun!”- dedi, sonra da Əbu Qurraya içəri daxil olmağa izn verdi. Əbu Qurra içəri daxil olduqda yerə sərilmiş bir palaz gördü. Palazın yuxarı nahiyəsinə bir neçə kərpic qoyulmuşdu. Otaqda çıraq və bəzi başqa əşyalar da var idi. Salman (r.a) dedi: “Kənizinin özü üçün yerə sərdiyi palazın üstündə otur!” Sonra o, əhvalatı ona danışıb dedi: “Huzeyfə elə şeylər danışırdı ki, Peyğəmbər (s.a.s) onu bəzi adamlara ancaq qəzəbləndikdə deyərdi. Məndən bu haqda soruşanlara dedim ki, Huzeyfə nə danışdığını daha yaxşı bilir! Mən istəmirdim ki, camaat arasına ədavət düşsün”. Onlar gedib Huzeyfəyə dedilər ki, Salman sənin dediklərini nə təsdiqləyir, nə də təkzib edir. Huzeyfə mənim yanıma gəlib dedi: “Ey Ummu Salmanın oğlu Salman!” Mən də ona dedim ki: “Ey Ummu Huzeyfənin oğlu Huzeyfə! Ya buna son qoyacaqsan, ya da bu haqda Ömərə şikayət yazacağam. Onu Ömərlə qorxutduqda, məni tərk edib çıxıb getdi”. Axı Peyğəmbər (s.a.s) demişdir: “Mən Adəm övladıyam! (Allahım!) Haqsız yerə ümmətimdən kimə lənət oxumuşamsa, yaxud kimi söymüşəmsə bunu onun üçün (xeyirli) dua et!”
[ Həsəndir ]


عن ابن عباس قال قال عمر رضي الله عنه اخرجوا بنا إلى أرض قومنا فخرجنا فكنت أنا وأبى بن كعب في مؤخر الناس فهاجت سحابة فقال أبى اللهم اصرف عنا أذاها فلحقناهم وقد ابتلت رحالهم فقالوا ما أصابكم الذي أصابنا قلت إنه دعا الله عز وجل أن يصرف عنا أذاها فقال عمر ألا دعوتم لنا معكم


İbn Abbas (r.a) rəvayət edir ki, Ömər (r.a) dedi: “Gəlin qövmümüz yaşayan yerə gedək”. Hamımız ora getdik. Mən və Ubey ibn Kə'b (r.a) camaatdan geri qaldıq. Bu vaxt bir bulud bizə tərəf gəldi. Ubey (r.a) dua edib dedi: “Allahım! Onun əziyyətini bizdən uzaq elə!” Sonra biz gedib camaata çatdıq. Onlar (yağışa düşüb) islanmışdılar. Bizdən soruşdular ki, “Bəs siz niyə yaş olmadınız?” Dedim ki, “Ubey (r.a) dua etdi ki, qüdrətli və əzəmətli Allah onun əziyyətini bizdən uzaq eləsin”. Ömər (r.a) dedi: “Bəs bizim üçün niyə dua etmədiniz?”
[ İsnadı zəifdir ]
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:07
GÜNƏŞ06:11
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:15
İŞA [ 4 rükət ]23:11
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka