Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İNSANLARIN BİR-BİRİNİ SEVMƏSİ


عن أبى هريرة عن النبي صلى الله عليه وسلم قال والذي نفسي بيده لا تدخلوا الجنة حتى تسلموا ولا تسلموا حتى تحابوا وأفشوا السلام تحابوا وإياكم والبغضة فإنها هى الحالقة لا أقول لكم تحلق الشعر ولكن تحلق الدين


Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Canım Əlində Olana and olsun ki, müsəlman olmayınca Cənnətə girə bilməzsiniz. Bir-birinizi sevməyincə müsəlman ola bilməzsiniz. Salamı yayın ki, bir-birinizi sevəsiniz. Nifrət etməkdən çəkinin. Çünki o, dəlləkdir. Mən sizə demirəm ki, o, saç qırxır. Lakin o, dini qırxır (onun kökünü kəsir)”.
[ Həsən li-ğeyrihi ]

(.....) – Buna bənzər hədisi İbrahim ibn Əbi Useyd də rəvayət etmişdir.

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:56
GÜNƏŞ07:29
ZÖHR [ 4 rükət ]13:46
ƏSR [ 4 rükət ]17:18
MƏĞRİB [ 3 rükət ]20:02
İŞA [ 4 rükət ]21:30
GECƏYARI00:59
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka