Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

(İman gətirmiş) qəlblərin bir-birinə bağlı olması


عن عبد الله بن عمرو بن العاص عن النبي صلى الله عليه وسلم قال ان روحي المؤمنين ليلتقيان في مسيرة يوم وما رأى أحدهما صاحبه

Abdullah ibn Amr ibn As (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurdu: “İki möminin ruhu gün ərzində qarşı-qarşıya gəlir. Halbuki onlar bir-birini görmürlər”.
[ Zəifdir ]

عن بن عباس قال النعم تكفر والرحم تقطع ولم نر مثل تقارب القلوب

İbn Abbas (r.a) demişdir: “Nemətlərə nankorluq edilir, qohumluq əlaqələri kəsilir. Biz qəlblərin bir-birinə yaxınlaşmasının bənzərini görməmişik”.
[ İsnadı səhihdir ]


عن عمير بن إسحاق قال كنا نتحدث أن أول ما يرفع من الناس الألفة


Umeyr ibn İshaq rəvayət edir ki, biz deyərdik: “Həqiqətən, insanların əlindən alınan ilk şey ülfət (dostluq) olacaq”.
[ İsnadı zəifdir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:29
GÜNƏŞ07:58
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:25
MƏĞRİB [ 3 rükət ]18:51
İŞA [ 4 rükət ]20:17
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka