Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ZARAFAT ETMƏK


عن أنس بن مالك قال اتى النبي صلى الله عليه وسلم على بعض نسائه ومعهن أم سليم فقال يا أنجشة رويدا سوقك بالقوارير قال أبو قلابة فتكلم النبي صلى الله عليه وسلم بكلمة لو تكلم بها بعضكم لعبتموها عليه قوله سوقك بالقوارير


Ənəs ibn Malik (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) öz zövcələrinin yanına gəldi. Ummu Suleym (r.a) də onlarla idi. (Bu vaxt Əncəşə (r.a) qadınlara aid şe'r deyirdi.) Peyğəmbər (s.a.s) buyurdu: “Ey Əncəşə! Asta ol, şüşələri (qadınları) sındırarsan”.
Əbu Qilabə deyir ki: “Peyğəmbər (s.a.s) elə bir söz dedi ki, əgər sizlərdən biriniz bunu desəydi, ona eyib tutardılar”. O, (Əncəşəyə): “(Asta ol) şüşələri sındırarsan”- dedi.
[ Səhihdir ]


عن أبى هريرة قالوا يا رسول الله إنك تداعبنا قال إني لا أقول إلا حقا

Əbu Hureyra (r.a) rəvayət edir ki, (səhabələr) dedi: “Ey Allahın elçisi! Sən bizimlə zarafat edirsən?” O dedi: “Mən yalnız haqqı deyirəm!”
[ Səhihdir ]

عن بكر بن عبد الله قال كان أصحاب النبي صلى الله عليه وسلم يتبادحون بالبطيخ فإذا كانت الحقائق كانوا هم الرجال


Bəkr ibn Abdullah deyir ki, Peyğəmbərin (s.a.s) səhabələri bir-birlərinə qarpız atırdılar. Lakin həqiqi işlər görməyə gəldikdə, onlar əsl kişilər idi”.
[ Səhihdir ]

عن بن أبى مليكة قال مزحت عائشة عند رسول الله صلى الله عليه وسلم فقالت أمها يا رسول الله بعض دعابات هذا الحي من كنانة قال النبي صلى الله عليه وسلم بل بعض مزحنا هذا الحي



 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:21
GÜNƏŞ07:58
ZÖHR [ 4 rükət ]12:37
ƏSR [ 4 rükət ]14:59
MƏĞRİB [ 3 rükət ]17:16
İŞA [ 4 rükət ]18:49
GECƏYARI23:48
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka