Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

GÖZƏL ƏXLAQ


عن أبى الدرداء عن النبي صلى الله عليه وسلم ما من شيء في الميزان أثقل من حسن الخلق


Əbu Dərda (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurdu: “(Qiyamət günü) tərəzidə gözəl əxlaqdan daha ağır gələn bir şey yoxdur”.
[ Səhihdir ]

عن عبد الله بن عمرو قال لم يكن النبي صلى الله عليه وسلم فاحشا ولا متفحشا وكان يقول خياركم أحاسنكم أخلاقا

Abdullah ibn Amr (r.a) dedi: “Peyğəmbər (s.a.s) ədəbsiz və kobud olmayıb. O deyərdi: “Sizin ən xeyirliniz əxlaqı ən gözəl olanınızdır!”
[ Səhihdir ]

عن عمرو بن شعيب عن أبيه عن جده أنه سمع النبي صلى الله عليه وسلم يقول أخبركم بأحبكم إلى وأقربكم منى مجلسا يوم القيامة فسكت القوم فأعادها مرتين أو ثلاثا قال القوم نعم يا رسول الله قال أحسنكم خلقا

Amr ibn Şueyb atasından, o da babasından Peyğəmbərin (s.a.s) belə dediyini eşitmişdir: “Sizlərdən mənə ən sevimli olan və Qiyamət günü mənim lap yaxınlığımda oturan kimsə barədə sizə xəbər verim¬mi?” Camaat susdu. O bunu iki və ya üç dəfə təkrar etdi. Camaat dedi: “Bəli, ya Rəsulallah!” O dedi: “Əxlaqı ən gözəl olanınız (buna nail olar)!”
[ Səhihdir ]

عن أبى هريرة أن رسول الله صلى الله عليه وسلم قال إنما بعثت لأتمم صالحي الأخلاق


Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurdu: “Mən ancaq gözəl əxlaqları kamilləşdirmək üçün göndərilmişəm”.
[ Səhihdir ]

عن عائشة رضي الله عنها انها قالت ما خير رسول الله صلى الله عليه وسلم بين أمرين إلا اختار أيسرهما ما لم يكن إثما فإذا كان إثما كان أبعد الناس منه وما انتقم رسول الله صلى الله عليه وسلم لنفسه إلا أن تنتهك حرمة الله تعالى فينتقم لله عز وجل بها


Aişə (r.a) deyir ki, Peyğəmbərə (s.a.s) iki şeydən birini seçmək təklif edildikdə, – günah işlər istisna olmaqla – həmişə daha asan olanını seçərdi. Günah iş görmək təklif olunduqda isə bundan uzaqlaşan insanların ilki olardı. Peyğəmbər (s.a.s) öz nəfsinə görə heç kəsdən inti¬qam almamışdır. Yalnız Uca Allahın qoyduğu qanunlar pozulduqda qüdrətli və əzəmətli Allaha görə intiqam alardı”.
[ Səhihdir ]


عن عبد الله قال ان الله تعالى قسم بينكم أخلاقكم كما قسم بينكم أرزاقكم وان الله تعالى يعطي المال من أحب ومن لا يحب ولا يعطي الإيمان إلا من يحب فمن ضن بالمال أن ينفقه وخاف العدو أن يجاهده وهاب الليل أن يكابده فليكثر من قول لا إله إلا الله وسبحان الله والحمد لله والله أكبر


Abdullah (r.a) demişdir: “Uca Allah ruzini sizin aranızda bölüşdürdüyü kimi əxlaqı da sizin aranızda bölüşdürmüşdür. Uca Allah mal-dövləti istədiyinə də, istəmədiyinə də verir. İmanı isə yalnız sevdiyi adama verir. Kim malını xərcləməyə xəsislik etsə, düşmənlə cihad etməkdən qorxsa, gecə olanda həyəcan keçirsə, qoy: “Lə ilahə illəllah, subhanəllah, əlhəmdulilləh, Allahu əkbər”- desin.
[ Səhihdir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:29
GÜNƏŞ07:58
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:25
MƏĞRİB [ 3 rükət ]18:51
İŞA [ 4 rükət ]20:17
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka