Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MƏSLƏHƏTÇİ ETİBAR QAZANMIŞ ADAMDIR


عن أبى هريرة قال قال النبي صلى الله عليه وسلم لأبى الهيثم هل لك خادم قال لا قال فإذا أتانا سبى فأتنا فأتى النبي صلى الله عليه وسلم قال برأسين ليس معهما ثالث فأتاه أبو الهيثم قال النبي صلى الله عليه وسلم اختر منهما قال يا رسول الله اختر لي فقال النبي صلى الله عليه وسلم إن المستشار مؤتمن خذ هذا فإني رايته يصلى واستوص به خيرا فقالت امرأته ما أنت ببالغ ما قال فيه النبي صلى الله عليه وسلم إلا أن تعتقه قال فهو عتيق فقال النبي صلى الله عليه وسلم إن الله لم يبعث نبيا ولا خليفة إلا وله بطانتان بطانه تأمره بالمعروف وتنهاه عن المنكر وبطانة لا تألوه خبالا ومن يوق بطانة السوء فقد وقى

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) Əbul-Heysəmə (r.a) dedi: “Sənin kölən varmı?” O: “Xeyr!”- deyə cavab verdi. O dedi: “Bizə əsirlər gəldiyi zaman yanıma gəlin!” Peyğəmbərin (s.a.s) yanına iki əsir gətirdilər. Onların yanında üçüncü bir adam yox idi. Əbul-Heysəm (r.a) gəldikdə Peyğəmbər (s.a.s) ona dedi: “Onlardan birini seç!” O dedi: “Ey Allahın elçisi! Özün mənim üçün (istədiyini) seç”. Peyğəmbər (s.a.s) dedi: “Həqiqətən, məsləhətçi etibar qazanmış adamdır. Götür bunu. Mən onun namaz qıldığını gördüm. Ona yaxşı bax”. Onun həyat yoldaşı dedi: “Peyğəmbərin (s.a.s) ona dair verdiyi tövsiyəsini yerinə yetirməyin üçün ancaq onu azad etməlisən”. Əbul-Heysəm (r.a): “O, azaddır!”- dedi. Peyğəmbər (s.a.s) dedi: “Həqiqətən, Allahın göndərdiyi elə bir peyğəmbər və elə bir xəlifə yoxdur ki, onun iki dostu olmasın; yaxşı işlər görməyi ona əmr edib pis işlərdən onu çəkindirən dost və fəsad törətməkdən əl çəkməyən dost. Kim pis dostdan özünü qoruyarsa, qorunmuş olar”.
[ Səhihdir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:07
GÜNƏŞ06:11
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:15
İŞA [ 4 rükət ]23:11
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka