Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ÇARƏSİZ ADAMA KÖMƏKLİK GÖSTƏRMƏK


عن أبى ذر سئل النبي صلى الله عليه وسلم أي الأعمال خير قال إيمان بالله وجهاد في سبيله قال فأى الرقاب أفضل قال أغلاها ثمنا وأنفسها عند أهلها قال أفرأيت إن لم أستطع بعض العمل قال تعين ضائعا أو تصنع لأخرق قال أفرايت ان ضعفت قال تدع الناس من الشر فإنها صدقة تصدقها على نفسك

Əbu Zərr (r.a) rəvayət edir ki, Peyğəmbərdən (s.a.s) soruşdular: “Hansı əməl ən yaxşı əməl sayılır?” O dedi: “Allaha iman gətirmək, Onun yolunda cihad etmək!” Bir daha soruşdular: “Hansı kölə ən xeyirli kölə hesab olunur?” O dedi: “Ən bahalı və ailədə ən hörmətli olan kölə!” Yenə soruşdular: “Bir de görək, bəzi (yaxşı) əməlləri edə bilməsəm necə? O dedi: “Çarəsiz bir adama köməklik göstər və ya bacarıqsız adama işində yardım et!” Yenə soruşdular: “Bəs bacarmasam necə? O dedi: “İnsanları pis işlərdən çəkindir. Çünki bu, sənin özün üçün xərclədiyin sədəqədir”.
[ Səhihdir ]

عن سعيد بن أبى بردة سمعت أبى يحدث عن جدي عن النبي صلى الله عليه وسلم قال على كل مسلم صدقة قال أفرأيت إن لم يجد قال فليعمل فلينفع نفسه وليتصدق قال أفرايت إن لم يستطع أو لم يفعل قال ليعن ذا الحاجة الملهوف قال أفرأيت إن لم يستطع أو لم يفعل قال فليأمر بالمعروف قال أفرأيت إن لم يستطع أو لم يفعل قال يمسك عن الشر فإنها له صدقة


Səid ibn Əbu Burdə deyir ki, mən atamdan, o da babamdan Peyğəmbərin (s.a.s) belə dediyini eşitmişdir: “Hər bir müsəlman sədəqə verməlidir!” (Səhabələrdən biri) dedi: “Söylə görək, əgər (sədəqə verməyə bir şey) tapa bilməsə necə?” Peyğəmbər (s.a.s) dedi: “Qoy işləyib həm özü üçün xeyir əldə etsin, həm də sədəqə versin”. O dedi: “Bəs bunu bacarmasa, yaxud belə etməsə necə?” Peyğəmbər (s.a.s) dedi: “Ehtiyacı olan biçarə kimsəyə köməklik göstərsin”. O dedi: “Bəs bunu bacarmasa, yaxud belə etməsə necə?” Peyğəmbər (s.a.s) dedi: “Qoy (insanlara) yaxşılıq etməyi buyursun”. O dedi: “Bəs bunu bacarmasa, yaxud belə etməsə necə?” Peyğəmbər (s.a.s) dedi: “Qoy şər əməllərdən əl çəksin. Həqiqətən də bu, onun üçün sədəqə olar”.
[ Səhihdir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:08
GÜNƏŞ06:49
ZÖHR [ 4 rükət ]13:39
ƏSR [ 4 rükət ]17:27
MƏĞRİB [ 3 rükət ]20:29
İŞA [ 4 rükət ]22:04
GECƏYARI00:48
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka