Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

Köləsinə lənət oxuyan onu azad etməlidir


عن عائشة أن أبا بكر لعن بعض رقيقه فقال النبي صلى الله عليه وسلم يا أبا بكر اللعانون والصديقون كلا ورب الكعبة مرتين أو ثلاثا فأعتق أبو بكر يومئذ بعض رقيقه ثم جاء النبي صلى الله عليه وسلم فقال لا أعود


Aişə (r.a) rəvayət edir ki, Əbu Bəkr (r.a) öz kölələrindən bəzilərini lənətlədi. Peyğəmbər (s.a.s) iki, yaxud üç dəfə dedi: “Ey Əbu Bəkr! Həm lənət edənlər, həm də doğru danışanlar?! Xeyr! Kə'bənin Rəbbinə and olsun (ki, belə yaramaz)”. Həmin gün Əbu Bəkr (r.a) öz kölələrindən bəzilərini azad etdi. Sonra da Peyğəmbərin (s.a.s) yanına gəlib dedi: “Bir də belə etməyəcəyəm”.
[ Səhihdir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:07
GÜNƏŞ06:11
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:15
İŞA [ 4 rükət ]23:11
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka