Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

NALAYİQ SÖZ EŞİDİB ONU YAYAN ADAM


عن علي بن أبي طالب رضي الله عنه قال القائل الفاحشة والذي يشيع بها في الإثم سواء


Əli ibn Əbu Talib (r.a) demişdir: “Nalayiq söz danışanla onu (camaat arasında) yayan kimsə eyni dərəcədə günah qazanırlar”.
[ İsnadı həsəndir ]


عن شبيل بن عوف قال كان يقال من سمع بفاحشة فأفشاها فهو فيها كالذى أبداها


Şubeyl ibn Auf (r.a) deyir ki, o vaxt belə deyərdilər: “Nalayiq söz eşidib onu yayan kimsə, ilk əvvəl onu deyən kəs kimidir”.
[ İsnadı səhihdir ]

عن بن جريج عن عطاء أنه كان يرى النكال على من أشاع الزنا يقول أشاع الفاحشة


İbn Cureyc deyir ki, Əta ibn Əbi Rəbah zinanı ifşa edən adamın günah qazandığını hesab etməklə yanaşı belə deyərdi: “O, zinanı yaydı”.
[ İsnadı səhihdir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:22
GÜNƏŞ06:59
ZÖHR [ 4 rükət ]13:43
ƏSR [ 4 rükət ]17:28
MƏĞRİB [ 3 rükət ]20:26
İŞA [ 4 rükət ]21:58
GECƏYARI00:54
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka