Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MƏDDAHLARIN ÜZÜNƏ TORPAQ ATMAQ


عن أبى معمر قال قام رجل يثنى على أمير من الأمراء فجعل المقداد يحثى في وجهه التراب وقال أمرنا رسول الله صلى الله عليه وسلم أن نحثي في وجوه المداحين التراب


Əbu Mə'mər rəvayət edir ki, bir kişi qalxıb ixtiyar sahiblərindən birinə tərif dedi. Miqdad onun üzünə torpaq atıb dedi: “Peyğəmbər (s.a.s) bizə məddahların üzünə torpaq atmağı buyurdu”.
[ Səhihdir ]


عن عطاء بن أبى رباح أن رجلا كان يمدح رجلا عند بن عمر فجعل بن عمر يحثو التراب نحو فيه وقال قال رسول الله صلى الله عليه وسلم إذا رأيتم المداحين فاحثوا في وجوههم التراب

Əta ibn Əbi Rəbah rəvayət edir ki, bir kişi ibn Ömərin (r.a) yanında başqa birisini təriflədi. İbn Ömər (r.a) onun üzünə torpaq atıb dedi: “Peyğəmbər (s.a.s) buyurmuşdu: “Məddahları görsəniz üzlərinə torpaq atın!”
[ Səhihdir ]

عن رجاء أقبلت مع محجن ذات يوم حتى انتهينا إلى مسجد أهل البصرة فإذا بريدة الأسلمى على باب من أبواب المسجد جالس قال وكان في المسجد رجل يقال له سكبة يطيل الصلاة فلما انتهينا إلى باب المسجد وعليه بردة وكان بريدة صاحب مزاحات فقال يا محجن أتصلي كما يصلى سكبة فلم يرد عليه محجن ورجع قال قال محجن إن رسول الله صلى الله عليه وسلم أخذ بيدى فانطلقنا نمشي حتى صعدنا أحدا فأشرف على المدينة فقال ويل أمها من قرية يتركها أهلها كأعمر ما تكون يأتيها الدجال فيجد على كل باب من أبوابها ملكا فلا يدخلها ثم انحدر حتى إذا كنا في المسجد رأى رسول الله صلى الله عليه وسلم رجلا يصلى ويسجد ويركع فقال لي رسول الله صلى الله عليه وسلم من هذا فأخذت أطريه فقلت يا رسول الله هذا فلان وهذا فلان فقال أمسك لا تسمعه فتهلكه قال فانطلق يمشى حتى إذا كان عند حجره لكنه نفض يديه ثم قال إن خير دينكم أيسره إن خير دينكم ايسره ثلاثا


Rəca deyir ki, bir gün mən Mihcənlə birgə Bəsrə camaatının məscidinə gəldik. Bu vaxt Bureydə əl-Əsləmi məscidin qapılarından birinin yanında oturmuşdu. Məsciddə Səkbə adlı bir kişi var idi. Bu kişi namazı uzun-uzadı qılardı. Biz məscidin qapısına yaxınlaşdıqda Bureydə ilə rastlaşdıq. O, zarafatcıl adam idi. Odur ki, dedi: “Ey Mihcən! Səndə Səkbə kimi namaz qılacaqsan?” Mihcən ona cavab verməyib geri döndü. Mihcən dedi: “Peyğəmbər (s.a.s) mənim əlimdən tutdu və biz birgə Uhud dağına qalxdıq. O, Mədinəyə tərəf üz tutub dedi: “Heyf şəhərlər anası şəhərə! Əhalisi onu indikindən daha abad olduğu vəziyyətdə tərk edəcəkdir. Dəccal (bu şəhərə) gələcək, hər qapısında bir mələk görəcək və ora daxil ola bilməyəcək”. Sonra yerə enib məscidə gəldik. Peyğəmbər (s.a.s) bir kişinin namaz qıldığını, səcdə və rüku etdiyini görüb məndən soruşdu ki: “Bu kimdir?” Mən onu çox tərif edib dedim ki: “Bu filankəsdir, ya Rəsulallah!” O dedi: “Sus! Ona eşitdirmə, yoxsa onu məhv edərsən”. Sonra Peyğəmbər (s.a.s) çıxıb getdi. Evinə çatanda əllərini çırpıb üç dəfə: “Ən xeyirli din ən asan olanıdır”- dedi.
[ Həsəndir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:08
GÜNƏŞ06:49
ZÖHR [ 4 rükət ]13:39
ƏSR [ 4 rükət ]17:27
MƏĞRİB [ 3 rükət ]20:29
İŞA [ 4 rükət ]22:04
GECƏYARI00:48
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka