Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ZİYARƏT ETMƏK

[ Hədis elmi / 6578 dəfə baxılıb ]   
|
 

عن أبى هريرة عن النبي صلى الله عليه وسلم قال إذا عاد الرجل أخاه أو زاره قال الله له طبت وطاب ممشاك وتبوأت منزلا في الجنة


Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Kişi öz dostuna baş çəkməyə, yaxud onu ziyarət etməyə getdiyi zaman Allah ona belə deyər: “Xoş gəldin. Gəlişin də uğurlu oldu. Sən Cənnətdə özün üçün bir yer tutdun”.
[ Həsəndir ]

عن أم الدرداء قالت زارنا سلمان من المدائن إلى الشام ماشيا وعليه كساء واندرورد قال (يعنى سراويل مشمرة) قال بن شوذب رؤى سلمان وعليه كساء مطموم الرأس ساقط الأذنين يعنى أنه كان أرفش فقيل له شوهت نفسك قال ان الخير خير الآخرة


Ummu Dərda (r.a) deyir ki, Salman (r.a) şəhərləri piyada qət edib Şama – bizi ziyarət etməyə gəldi. Onun əynində bir bürüncək və bir əndərvard var idi.
İbn Şəvzəb deyir ki: “Onun əynində baş tərəfi olmayan enli, uzun bir bürüncək var idi”. Ona: “Sən özünü eybəcər hala salmısan”- dedilər. O isə: “Şübhəsiz ki, əsl xeyir, Axirət xeyridir”- deyə cavab verdi.
[ Həsəndir ]

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:04
GÜNƏŞ06:36
ZÖHR [ 4 rükət ]12:47
ƏSR [ 4 rükət ]16:17
MƏĞRİB [ 3 rükət ]18:58
İŞA [ 4 rükət ]20:25
GECƏYARI00:01
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka