Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

Hər hansı bir camaatı ziyarət edib onlarla bərabər çörək yemək


عن أنس بن مالك أن رسول الله صلى الله عليه وسلم زار أهل بيت من الأنصار فطعم عندهم طعاما فلما خرج أمر بمكان من البيت فنضح له على بساط فصلى عليه ودعا لهم

Ənəs ibn Malik (r.a) deyir ki, Peyğəmbər (s.a.s) ənsardan olan bir ailəni ziyarət edib onlarla bərabər yemək yedi. Çıxıb getmək istədikdə isə əmr etdi və onun üçün evin bir nahiyəsində (yerə sərilmiş) həsirin üstünə su çiləyib (onu) təmizlədikdən sonra Peyğəmbər (s.a.s) onun üzərində namaz qılıb onlar üçün dua etdi.
[ İsnadı səhihdir ]


عن أبى خلدة قال جاء عبد الكريم أبو أمية إلى أبى العالية وعليه ثياب صوف فقال أبو العالية إنما هذه ثياب الرهبان إن كان المسلمون إذا تزاوروا تجملوا


Əbu Xaldə deyir ki, Abdulkərim Əbu Umeyyə Əbul-Aliyənin yanına gəldi. Onun əynində yun paltar var idi. Əbul-Aliyə ona dedi: “Bu, rahiblərin paltarıdır. Bir-birilərinin evinə qonaq getdikdə (bu paltarı) geyərlər”.
[ Səhih məqtu ]

حدثنا عبد الله مولى أسماء قال أخرجت إلى أسماء جبة من طيالسة عليها لبنة شبر من ديباج وان فرجيها مكفوفان به فقالت هذه جبة رسول الله صلى الله عليه وسلم كان يلبسها للوفود ويوم الجمعة


Abdullah deyir ki, Əsma (r.a) mənə yundan toxunmuş bir cübbə çıxartdı. Üzərində də ipəkdən bir qarış boyda yamaq vardı. Cübbənin (ön və arxa) yırtıqları (bu) ipəklə yamanmışdı. (Əsma r.a) dedi: “Bu, Peyğəmbərin (s.a.s) cübbəsidir. O bunu (qəbilələrdən gələn) nümayəndələr üçün və cümə günündə geyərdi”.
[ Həsəndir ]


عن عبد الله بن عمر قال وجد عمر حلة استبرق فأتى بها النبي صلى الله عليه وسلم فقال اشتر هذه والبسها عند الجمعة أو حين تقدم عليك الوفود فقال عليه السلام إنما يلبسها من لا خلاق له في الآخرة وأتى رسول الله صلى الله عليه وسلم بحلل فأرسل إلى عمر بحلة وإلى أسامة بحلة وإلى على بحلة فقال عمر يا رسول الله أرسلت بها إلى لقد سمعتك تقول فيها ما قلت فقال النبي صلى الله عليه وسلم تبيعها أو تقضى بها حاجتك


İbn Ömər (r.a) rəvayət edir ki, Ömər (r.a) ipəkdən bir libas tapdı. Onu Peyğəmbərin (s.a.s) yanına gətirib dedi: “Ey Allahın elçisi! Bunu al. Onu həm cümə günü, həm də yanına (qəbilələrdən) nümayəndələr gəldikdə gey”. O dedi: “Bunu ancaq (Axirətdə) heç bir payı olmayanlar geyər!” Sonra həmin bürüncəkdən bir neçəsini Peyğəmbərə (s.a.s) gətirdilər. O da bu bürüncəklərdən birini Ömərə (r.a), birini Usaməyə (r.a), birini də Əliyə (r.a) göndərdi. Ömər (r.a) dedi: “Mən onu necə geyə bilərəm ki, sən onun haqqında dediyini artıq demisən.” O dedi: “Onu satarsan, yaxud ehtiyacın olan bir işdə istifadə edərsən”.
[ Səhihdir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:18
GÜNƏŞ06:56
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:31
MƏĞRİB [ 3 rükət ]20:30
İŞA [ 4 rükət ]22:04
GECƏYARI00:54
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka