Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

Böyük susan yerdə kiçik danışa bilərmi?


عن نافع عن بن عمر قال قال رسول الله صلى الله عليه وسلم أخبرونى بشجرة مثلها مثل المسلم تؤتى أكلها كل حين بإذن ربها لا تحت ورقها فوقع في نفسي النخلة فكرهت أن أتكلم وثم أبو بكر وعمر رضي الله عنهما فلما لم يتكلما قال النبي صلى الله عليه وسلم هى النخلة فلما خرجت مع أبى قلت يا ابت وقع في نفسي النخلة قال ما منعك أن تقولها لو كنت قلتها كان أحب إلى من كذا وكذا قال ما منعنى إلا لم أرك ولا أبا بكر تكلمتما فكرهت


Nafi ibn Ömərdən (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Mənə elə bir ağac barədə xəbər verin ki, məsəli müsəlmanın məsəlinə bənzəsin. O (ağac ki,) Rəbbinin izni ilə daim bar verər və yarpaqlarını tökməz.
Mən özlüyümdə (bunun) xurma ağacı olduğunu düşündüm. Amma (bu haqda bir) söz deməyi məsləhət bilmədim. Belə ki, Əbu Bəkr (r.a) və (atam) Ömər (r.a) orada idilər. Onlar cavab vermədikdə Peyğəmbər (s.a.s) dedi: “Bu, xurma ağcıdır!” Mən atamla birgə bayıra çıxanda dedim: “Atacan! Mən özlüyümdə (bunun) xurma ağacı olduğunu düşündüm”. O dedi: “Bəs bunu deməyə sənə mane olan nə idi? Əgər bunu demiş olsaydın, o, mənim üçün filan və filan şeydən daha əziz olardı”.
İbn Ömər (r.a) dedi: “Mənə mane olan yalnız sənin və Əbu Bəkrin dinməməsini görməyim idi. Odur ki, (danışmağı) məsləhət bilmədim”.
[ Səhihdir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:18
GÜNƏŞ06:56
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:31
MƏĞRİB [ 3 rükət ]20:30
İŞA [ 4 rükət ]22:04
GECƏYARI00:54
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka