Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

YER ÜZÜNDƏKİLƏRƏ RƏHM ET!


عن قبيصة بن جابر عن عمر قال لا يرحم من لا يرحم ولا يغفر لمن لا يغفر ولا يتاب على من لا يتوب ولا يوق من لا يتوقى


372. Qəbisə ibn Cabir deyir ki, mən Ömərin (r.a) belə dediyini eşitdim: “Rəhm etməyən kimsəyə rəhm edilməz, bağışlamayan kimsə bağışlanılmaz, tövbə etməyən kimsənin tövbəsi qəbul olunmaz və (özünü günahlardan) qorumayan kimsə qorunmaz”.
[ Həsəndir ]


عن معاوية بن قرة عن أبيه قال قال رجل يا رسول الله إني لأذبح الشاة فأرحمها أو قال إني لأرحم الشاة أن أذبحها قال والشاة ان رحمتها رحمك الله مرتين

373. Muaviyə ibn Qurra atasından rəvayət edir ki, bir kişi Peyğəmbərə (s.a.s) dedi: “Ey Allahın elçisi! Mən qoç kəsdikdə ona yazığım gəlir, yaxud: “Mənim qoç kəsməyə əlim gəlmir”. Peyğəmbər (s.a.s) iki dəfə təkrar edərək dedi: “Sənin qoça yazığın gəlsə, Allahın da sənə yazığı gələr”.
[ Səhihdir ]


عن أبي هريرة يقول سمعت النبي صلى الله عليه وسلم الصادق المصدوق أبا القاسم صلى الله عليه وسلم يقول لا تنزع الرحمة إلا من شقى

374. Əbu Hureyra (r.a) deyir ki, mən doğru danışan və doğruluğu təsdiq olunmuş Əbul-Qasım Peyğəmbərin (s.a.s) belə dediyini eşitdim: “Rəhm yalnız bədbəxt adamdan götürülər”.
[ Həsəndir ]


عن جرير عن النبي صلى الله عليه وسلم قال من لا يرحم الناس لا يرحمه الله

375. Cərir (r.a) rəvayər edir ki, Peyğəmbər (s.a.s) dedi: “Kim insanlara rəhm etməzsə, Allah da ona rəhm etməz”.
[ Səhihdir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:18
GÜNƏŞ06:56
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:31
MƏĞRİB [ 3 rükət ]20:30
İŞA [ 4 rükət ]22:04
GECƏYARI00:54
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka