Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

AİLƏYƏ RƏHM ETMƏK


عن أنس بن مالك قال كان النبي صلى الله عليه وسلم أرحم الناس بالعيال وكان له بن مسترضع في ناحية المدينة وكان ظئره قينا وكنا نأتيه وقد دخن البيت باذخر فيقبله ويشمه


376. Ənəs ibn Məlik (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) ailəsinə rəhm edən insanların ən rəhmlisi idi. Onun Mədinənin kənarında süd anasının yanında olan bir oğlu (İbrahim) var idi. Süd verən qadının əri dəmirçi idi. Biz onun yanına gəldik. Evdən ətirli qamışın tüstüsünün iyi gəlirdi. Peyğəmbər (s.a.s) onu öpüb iyləyirdi.
[ Səhihdir ]

عن أبى هريرة قال أتى النبي صلى الله عليه وسلم رجل ومعه صبي فجعل يضمه إليه فقال النبي صلى الله عليه وسلم أترحمه قال نعم قال فالله ارحم بك منك به وهو ارحم الراحمين


377. Əbu Hureyra (r.a) deyir ki, bir kişi qucağındakı körpə uşaqla Peyğəmbərin (s.a.s) yanına gəldi. O, körpəni bərk-bərk qucaqlamışdı. Peyğəmbər (s.a.s) dedi: “Ona rəhm edirsənmi?” Kişi: “Bəli”- deyə cavab verdi. Peyğəmbər (s.a.s) dedi: “Sən ona rəhm etdiyindən daha çox Allah sənə rəhm edir. O rəhmlilərin ən rəhmlisidir.”.

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:02
GÜNƏŞ06:34
ZÖHR [ 4 rükət ]12:47
ƏSR [ 4 rükət ]16:17
MƏĞRİB [ 3 rükət ]18:59
İŞA [ 4 rükət ]20:26
GECƏYARI00:00
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka