Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

HEYVANLARA RƏHM ETMƏK


عن أبى هريرة أن رسول الله صلى الله عليه وسلم قال بينما رجل يمشى بطريق اشتد به العطش فوجد بئرا فنزل فيها فشرب ثم خرج فإذا كلب يلهث يأكل الثرى من العطش فقال الرجل لقد بلغ هذا الكلب من العطش مثل الذي كان بلغني فنزل البئر فملأ خفاه ثم أمسكها بفيه فسقى الكلب فشكر الله له فغفر له قالوا يا رسول الله وإن لنا في البهائم أجرا قال في كل كبد رطبة أجر


378. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Bir kişi yolla gedərkən susadı. O, bir quyu tapıb içinə girdi . Doyunca su içib bayıra çıxdıqda bir itin ləhlədiyini, susuzluqdan yaş torpaq yediyini görüb, öz-özünə: “Mən susadığım kimi bu it də susamışdır”- dedi və quyuya düşüb ayaqqabılarını su ilə doldurdu. Sonra onu ağzı ilə tutub (quyunun divarlarından yapışaraq yuxarı qalxıb) itə su verdi. Allah ona təşəkkür etdi və onu bağışladı”. (Səhabələr) dedilər: “Ey Allahın elçisi! Məgər heyvanlara görə də bizə savab var?” O dedi: “Hər bir canlıya edilən yaxşılıqda savab vardır”.
[ Səhihdir ]


عن عبد الله بن عمر أن رسول الله صلى الله عليه وسلم قال عذبت امرأة في هرة حبستها حتى ماتت جوعا فدخلت فيها النار يقال والله أعلم لا أنت أطعمتيها ولا سقيتيها حين حبستيها ولا أنت أرسلتيها فأكلت من خشاش الأرض


379. Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Pişiyə görə bir qadına əzab verildi. Qadın onu ölənə qədər ac saxlamışdı. Elə buna görə də Cəhənnəmə girdi. Ona belə deyildi: “Sən o pişiyi tutub saxladığın zaman ona nə yemək, nə də su verdin. Nə də onu azad buraxdın ki, gedib yer üzündəki həşəratlardan yesin”.
[ Səhihdir ]

عن عبد الله بن عمرو بن العاص عن النبي صلى الله عليه وسلم قال ارحموا ترحموا واغفروا يغفر الله لكم ويل لأقماع القول ويل للمصرين الذين يصرون على ما فعلوا وهم يعلمون


380. Abdullah ibn Amr ibn As (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Rəhm edin ki, sizə də rəhm edilsin, bağışlayın ki, Allah da sizi bağışlasın. Söz qıflarının (Burada Peyğəmbər sözü bu qulağından alıb o biri qulağından ötürənləri qıfa bənzədir.) vay halına. Bilə-bilə etdikləri şeylərdə inadkarlıq göstərən inadkarların vay halına”.
[ Səhihdir ]

عن أبى أمامة قال قال رسول الله صلى الله عليه وسلم من رحم ولو ذبيحة رحمه الله يوم القيامة


381. Əbu Umamə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Kim bir qurbanlıq heyvanına rəhm etsə, Allah da ona Qiyamət günü rəhm edər”.
[ Həsəndir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:07
GÜNƏŞ06:11
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:15
İŞA [ 4 rükət ]23:11
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka