Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

SƏRÇƏNİN YUMURTASINI GÖTÜRMƏK


عن عبد الله أن النبي صلى الله عليه وسلم نزل منزلا فأخذ رجل بيضة حمرة فجاءت ترف على راس رسول الله صلى الله عليه وسلم فقال أيكم فجع هذه ببيضتها فقال رجل يا رسول الله أنا أخذت بيضتها فقال النبي صلى الله عليه وسلم اردد رحمة لها


382. Abdullah (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) bir yerə qonaq gəldi. Bir kişi sərçənin yumurtasını götürdü. Sərçə gəlib Peyğəmbərin (s.a.s) başı üzərində qanad çalıb çırpınmağa başladı. Peyğəmbər (s.a.s) dedi: “Hansınız bu quşun yumurtasını götürməklə ona əziyyət vermişdir?” Kişi dedi: “Ey Allahın elçisi! Onun yumurtasını mən götürmüşəm”. O dedi: “Quşa rəhm etmək üçün (yumurtanı) yerinə qoy!”
[ Səhihdir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:29
GÜNƏŞ07:58
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:25
MƏĞRİB [ 3 rükət ]18:51
İŞA [ 4 rükət ]20:17
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka