Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

KİŞİ İLƏ ƏLAQƏNİ KƏSMƏK


عن عوف بن الحارث بن الطفيل وهو بن أخى عائشة لأمها أن عائشة رضي الله عنها حدثت أن عبد الله بن الزبير قال في بيع أو عطاء أعطته عائشة والله لتنتهين عائشة أو لأحجرن عليها فقالت أهو قال هذا قالوا نعم قالت عائشة فهو لله نذر أن لا أكلم بن الزبير كلمة أبدا فاستشفع بن الزبير بالمهاجرين حين طالت هجرتها إياه فقالت والله لا أشفع فيه أحدا أبدا ولا احنث نذرى الذي نذرت أبدا فلما طال ذلك على بن الزبير كلم المسور بن مخرمة وعبد الرحمن بن الأسود بن عبد يغوث وهما من بنى زهرة فقال لهما أنشد كما بالله إلا أدخلتماني على عائشة فإنها لا يحل لها أن تنذر قطيعتى فأقبل به المسور وعبد الرحمن مشتملين عليه بأرديتهما حتى استأذنا على عائشة فقالا السلام عليك و رحمة الله وبركاته أندخل فقالت عائشة ادخلوا قالا كلنا يا أم المؤمنين قالت نعم ادخلوا كلكم ولا تعلم عائشة أن الوقوف بن الزبير فلما دخلوا دخل بن الزبير في الحجاب واعتنق عائشة وطفق يناشدها يبكى وطفق المسور وعبد الرحمن يناشدان عائشة إلا كلمته وقبلت منه ويقولان قد علمت أن النبي صلى الله عليه وسلم نهى عما قد علمت من الهجرة وأنه لا يحل لرجل أن يهجر اخاه فوق ثلاث ليال قال فلما أكثروا التذكير والتحريج طفقت تذكرهم وتبكى وتقول إني قد نذرت والنذر شديد فلم يزالوا بها حتى كلمت بن الزبير ثم أعتقت بنذرها أربعين رقبة ثم كانت تذكر بعدما أعتقت أربعين رقبة فتبكى حتى تبل دموعها خمارها


397. Auf ibnul-Harisə rəvayət edir ki, Aişəyə (r.a) xəbər verildi ki, Abdullah ibn Zubeyr (r.a) Aişənin (r.a) satdığı, yaxud bağışladığı bir şey barədə belə dedi: “And olsun Allaha! Ya Aişə bu işə son qoyacaq ya da buna görə mən ondan uzaqlaşacağam”. Aişə (r.a) soruşdu: “Bu sözü o söylədi?” (Səhabələr): “Bəli!”- dedilər. Aişə (r.a) dedi: “Mən onun bu hərəkətinə görə Allah üçün nəzir edirəm ki, heç vaxt ibn Zubeyrlə kəlmə kəsməyəcəyəm”. İbn Zubeyr (r.a) Aişənin (r.a) uzun müddət onunla danışmadığını gördükdə mühacirlər vasitəsilə ondan üzr dilədi. Aişə (r.a) dedi: “And olsun Allaha! Mən heç vaxt ona şəfaətçi olan bir kimsəni qəbul etməyəcəyəm və dediyim nəzirdən boyun qaçırmayacağam”. İbn Zubeyr (r.a) Aişənin (r.a) bir müddət də onunla danışmadığını gördükdə Zuhra oğullarından – Misvar ibn Məxrəməyə və Abdurrəhman ibnul-Əsvəd ibn Yəğusa müraciət edib dedi: “Sizdən Allah xatirinə xahiş edirəm ki, məni Aişənin yanına salasınız. Çünki onun mənimlə əlaqəni kəsməkdən ötrü nəzir deməyi ona halal deyil”. Misvarla Abdurrəhman onu öz əbalarının altına alıb Aişənin (r.a) yanına gələrək içəri daxil olmaq üçün izn istəyib dedilər: “Sənə salam olsun, Allahın mərhəməti və Onun bərəkəti (sənə yetişsin)! İçəri girə bilərikmi?” Aişə (r.a): “Girin!”- dedi. Onlar soruşdular: “Hamımız (girək), ey möminlərin anası?” O: “Bəli, hamınız girin!”- deyə cavab verdi. Aişə (r.a) ibn Zubeyrin (r.a) onların yanında olduğunu bilmirdi. İbn Zubeyr (r.a) onlarla bərabər içəri daxil oldu. İbn Zubeyr (r.a) Aişəyə (r.a) yaxınlaşıb onu qucaqladı və ağlaya-ağlaya ondan üzr istəməyə başladı. Həmçinin Misvarla Abdurrəhman da Aişədən (r.a) onunla barışmağı və onun üzrxahlığını qəbul etməyi xahiş etdilər. Aişə (r.a) də onu bağışladı. Misvarla Abdurrəhman ona dedilər ki: “Axı sən bilirsən ki, Peyğəmbər (s.a.s) sən bildiyin ayrılığı (kimsəni uzun müddət tərk etməyi) qadağan etmişdir və (yaxşı bilirsən ki,) heç kəsə üç gündən artıq qardaşını tərk etmək halal deyildir”. Onlar ona çoxlu öyüd-nəsihət verərkən və onu danlayarkən, Aişə (r.a olub-keçənləri) xatırlamağa başladı və ağlaya-ağlaya dedi: “Mən nəzir etdim (danışmayacağıma söz verdim). Nəzir isə çox məsuliyyətli işdir”. Onlar Aişəyə (r.a) ta o vaxta qədər nəsihət etdilər ki, nəhayət onunla danışdı. Nəzirini yerinə yetirmədiyinə görə isə qırx qul azad etdi. Qulları azad etdikdən sonra belə, (olub-keçənləri) yada salıb o qədər ağlayardı ki, göz yaşları hicabını isladardı”.
[ Səhihdir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:07
GÜNƏŞ06:11
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:15
İŞA [ 4 rükət ]23:11
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka