Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

BİR-BİRİNDƏN KÜSƏNLƏR


406- عن أبى أيوب الأنصاري أن رسول الله صلى الله عليه وسلم قال لا يحل لمسلم أن يهجر أخاه فوق ثلاثة أيام يلتقيان فيعرض هذا ويعرض هذا وخيرهما الذي يبدأ بالسلام


406. Əbu Əyyub əl-Ənsari (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Heç bir müsəlmana üç gündən artıq qardaşı ilə küsülü qalması halal olmaz. Qarşı-qarşıya gəldikdə bu (ondan) üz çevirir, o da (bundan) üz çevirir. Onların ən xeyirlisi salamı birinci verib (sözə) başlayandır”.
[ Səhihdir ]

عن هشام بن عامر يقول سمعت رسول الله صلى الله عليه وسلم يقول لا يحل لمسلم يصارم مسلما فوق ثلاث ليال فإنهما ما صارما فوق ثلاث ليال فإنهما ناكبان عن الحق ما داما على صرامهما وإن أولهما فيئا يكون كفارة له سبقه بالفىء وإن هما ماتا على صرامهما لم يدخلا الجنة جميعا


407. Hişam ibn Amir əl-Ənsari (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini eşitmişdir: “Heç bir müsəlmana üç gündən artıq başqa bir müsəlmanla əlaqələri kəsmək halal olmaz. Onlar küsülü qaldıqca haqdan sapmış olarlar. Onlardan birinci barışanın ilk əvvəl barışığa gəlməsi ona (günahlarının bağışlanmasına) kəffarə olar. Əgər küsülü olduqları halda ölsələr, uzun müddət Cənnətə girə bilməzlər”.
[ Səhihdir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:07
GÜNƏŞ06:11
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:15
İŞA [ 4 rükət ]23:11
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka