Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

VAR-DÖVLƏTİ İSRAF ETMƏK


عن أبى هريرة أن رسول الله صلى الله عليه وسلم قال ان الله يرضى لكم ثلاثا ويسخط لكم ثلاثا يرضى لكم أن تعبدوه ولا تشركوا به شيئا وأن تعتصموا بحبل الله جميعا وأن تناصحوا من ولاه الله أمركم ويكره لكم قيل وقال وكثرة السؤال وإضاعة المال


442. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Allah sizin üç əməlinizdən razı qalır, üç əməlinizə isə qəzəbi tutur. Sizin yalnız Ona ibadət edib heç nəyi Ona şərik qoşmamağınızdan, hamılıqla Allahın ipindən möhkəm yapışmağınızdan və Allahın sizə nəsib etdiyi ixtiyar sahiblərinizlə səmimi davranmanızdan razı qalır. Dedi-qodu yaymağınıza, çox sual verməyinizə və malı israf etməyinizə isə qəzəbi tutur”.
[ Səhihdir ]


عن ابن عباس في قوله عز وجل وما أنفقتم من شيء فهو يخلفه وهو خير الرازقين قال في غير اسراف ولا تقتير


443. İbn Abbas (r.a):

(Allah yolunda) nə xərcləsəniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır”
( Səba, 39.) ayəsindəki: “Nə xərcləsəniz” sözünü, “israfçılıq və simiclik etməsəniz”- deyə izah etmişdir”.
[ İsnadı səhihdir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:55
GÜNƏŞ07:28
ZÖHR [ 4 rükət ]12:26
ƏSR [ 4 rükət ]15:02
MƏĞRİB [ 3 rükət ]17:22
İŞA [ 4 rükət ]18:52
GECƏYARI23:38
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka