Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

BİNALAR ÜZƏRİNDƏ NAXIŞLAR AÇMAQ

[ Hədis elmi / 8649 dəfə baxılıb ]   
|
 

عن أبى هريرة عن النبي صلى الله عليه وسلم قال لا تقوم الساعة حتى يبنى الناس بيوتا يشبهونها بالمراجل قال إبراهيم يعنى الثياب المخططة



459.Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “İnsanlar evlər tikib onları bəzəkli qumaşlara oxşatmayınca Qiyamət qopmaz”.
İbrahim dedi: “Qumaş üstündə cizgilər olan paltardır”.
[ Səhihdir ]


عن وراد كاتب المغيرة قال كتب معاوية إلى المغيرة اكتب إلى ما سمعت من رسول الله صلى الله عليه وسلم فكتب إليه إن نبي الله صلى الله عليه وسلم كان يقول في دبر كل صلاة لا إله إلا الله وحده لا شريك له له الملك وله الحمد وهو على كل شيء قدير اللهم لا مانع لما أعطيت ولا معطى لما منعت ولا ينفع ذا الجد منك الجد وكتب إليه إنه كان ينهى عن قيل وقال وكثرة السؤال وإضاعة المال وكان ينهى عن عقوق الأمهات ووأد البنات ومنع وهات


460.Muğiranın (r.a) katibi Vərrad deyir ki, Muaviyə (r.a) Muğira ibn Şöbəyə (r.a) belə bir məktub yazdı: “Mənə Peyğəmbərdən (s.a.s) eşitdiyin hədislərdən birini yaz”. Muğira (r.a) da ona belə yazdı: “Allahın Peyğəmbəri (s.a.s) hər (fərz) namazın sonunda deyərdi: “Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! Allahım! Sənin verdiyinə mane olacaq, mane olduğunu da verəcək (bir kəs) yoxdur. Sənin yanında heç bir zənginə zənginliyi fayda verməz”.
Yenə Muğira (r.a) belə yazdı: “Peyğəmbər (s.a.s) söz gəzdirməyi, çox sual verməyi, var-dövləti israf etməyi, anaların üzünə ağ olmağı, qız uşaqlarını diri-diri yerə gömməyi və xəsisliyi qadağan edərdi”.
[ Səhihdir ]


عن أبى هريرة قال قال النبي صلى الله عليه وسلم لن ينجى أحدا منكم عمل قالوا ولا أنت يا رسول الله قال ولا أنا إلا أن يتغمدنى الله منه برحمة فسددوا وقاربوا واغدوا وروحوا وشى من الدلجة والقصد القصد تبلغوا


461. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Sizdən heç birinizi, əməli xilas etməyəcək”. (Səhabələr) soruşdular: “Səni də, ya Rəsulallah!” O dedi: “Məni də! Ancaq Allahın mənə göstərdiyi mərhəmət sayəsində (xilas olacağam). Doğru söz söyləyin və mö'tədil olmağa çalışın. Gündüzün iki başında (həm əvvəlində, həm də axırında) və gecənin bəzi saatlarında ibadət etməyə səy göstərin. Həmişə orta yol tutun! (Belə etsəniz) məqsədinizə çatarsınız”.
[ Səhihdir ]
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:21
GÜNƏŞ07:58
ZÖHR [ 4 rükət ]12:37
ƏSR [ 4 rükət ]14:59
MƏĞRİB [ 3 rükət ]17:16
İŞA [ 4 rükət ]18:49
GECƏYARI23:48
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka