Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MÜLAYİMLİK


عن عائشة زوج النبي صلى الله عليه وسلم قالت دخل رهط من اليهود على رسول الله صلى الله عليه وسلم فقالوا السام عليكم قالت عائشة ففهمتها فقلت عليكم السام واللعنة قالت فقال رسول الله صلى الله عليه وسلم مهلا يا عائشة إن الله يحب الرفق في الأمر كله فقلت يا رسول الله أو لم تسمع ما قالوا قال رسول الله صلى الله عليه وسلم قد قلت وعليكم


462.Peyğəmbərin (s.a.s) zövcəsi Aişə (r.a) rəvayət edir ki, bir dəstə yəhudi Peyğəmbərin (s.a.s) yanına gəlib dedi: “Ölüm olsun sizə!” Mən onların nə söylədiyini başa düşüb dedim: “Sizə həm ölüm, həm də lənət olsun!” Peyğəmbər (s.a.s) dedi: “Tələsmə, ey Aişə! Həqiqətən də Allah hər bir işdə mülayim olmağı sevir”. Mən dedim: “Məgər sən onların nə dediyini eşitmədinmi?” Peyğəmbər (s.a.s) dedi: “Axı mən onlara: “Sizə olsun!”- dedim”.
[ Səhihdir ]

عن جرير بن عبد الله قال قال رسول الله صلى الله عليه وسلم من يحرم الرفق يحرم الخير


463. Cərir ibn Abdullah (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Mülayimlikdən məhrum olan kimsə xeyirdən məhrum olar”.
[ Səhihdir ]

عن أبى الدرداء عن النبي صلى الله عليه وسلم قال من أعطى حظه من الرفق فقد أعطى حظه من الخير ومن حرم حظه من الرفق فقد حرم حظه من الخير أثقل شيء في ميزان المؤمن يوم القيامة حسن الخلق وإن الله ليبغض الفاحش البذى



464.Əbu Dərda (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Kimə mülayimlikdən nəsibi verilmişsə, ona xeyirdən nəsibi verilmişdir. Kim də mülayimlikdən olan nəsibindən məhrum olmuşsa, xeyirdən olan nəsibindən məhrum olmuşdur”. Qiyamət günü möminin tərəzisində ən ağır gələn şeyi gözəl əxlaq olacaq. Həqiqətən, Allah kobud, təhqiramiz sözlər danışan adama nifrət edir”.
[ Səhihdir ]

قالت عائشة قال النبي صلى الله عليه وسلم أقيلوا ذوى الهيئات عثراتهم


465.Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Alicənab adamların xətalarını bağışlayın!”
[ Səhihdir ]

عن أنس عن النبي صلى الله عليه وسلم قال لا يكون الخرق في شيء إلا شانه وان الله رفيق يحب الرفق

466.Ənəs (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “(Hansı) bir şeydə şiddət olarsa, mütləq onu alçaldar. Həqiqətən, Allah mülayimdir və mülayimliyi sevir”.
[ Səhihdir ]

عن أبى سعيد الخدري قال كان رسول الله صلى الله عليه وسلم أشد حياء من العذراء في خدرها وكان إذا كره شيئا عرفناه في وجهه


467.Əbu Səid əl-Xudri (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) hücrəsinə çəkilmiş bakirə qızdan daha həyalı idi. Nə isə xoşuna gəlmədikdə, bunu onun üzündən anlayardıq.
[ Səhihdir ]

عن بن عباس عن النبي صلى الله عليه وسلم قال الهدى الصالح والسمت والاقتصاد جزء من سبعين جزءا من النبوة


468.İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Doğru yolla getmək, gözəl görünüşlü olmaq və orta yol tutmaq peyğəmbərliyin yetmiş cüzündən bir cüzüdür”.
[ Zəifdir ]

عن عائشة رضي الله عنها قالت كنت على بعير فيه صعوبة فقال النبي صلى الله عليه وسلم عليك بالرفق فإنه لا يكون في شيء إلا زانه ولا ينزع من شيء إلا شانه



469.Aişə (r.a) deyir ki, mən bir dəvənin üstündə idim. Bu dəvə tərslik edirdi (deyə mən vurdum). Peyğəmbər (s.a.s) dedi: “Yumşaq davran! Əlbəttə, yumşaqlıq (hansı) bir şeydə olsa, onu gözəlləşdirər. Və nədən getsə, onu alçaldar”.
[ Səhihdir ]

عن أبى هريرة قال قال رسول الله صلى الله عليه وسلم إياكم والشح فإنه أهلك من كان قبلكم سفكوا دماءهم وقطعوا أرحامهم والظلم ظلمات يوم القيامة


470.Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Tamahkarlıqdan çəkinin! Çünki o, sizdən əvvəlkiləri məhv etmişdir. Onlar (bir-birinin) qanlarını axıtdılar və qohumluq əlaqələrini kəsdilər. Zülm Qiyamət günü zülmətlərdir”.
[ Səhihdir ]
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:18
GÜNƏŞ06:56
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:31
MƏĞRİB [ 3 rükət ]20:30
İŞA [ 4 rükət ]22:04
GECƏYARI00:54
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka